elanlar

Azərbaycan Respublikası DİN-in Polis Akademiyasında hüquq və qeyri-hüquq təhsili tələb olunan vakant vəzifələrin siyahısı haqqında

06.12.2014

1.  “Xüsusi-taktiki hazırlıq” kafrdası üzrə:
- Müəllim, baş müəllim.
- Hərbi təhsil müəssisələrini bitirmiş, həmçinin Azərbaycan Dövlət Pedaqoji Universitetinin “İbtidai hərbi hazırlıq” fakültəsində təhsil almış və həqiqi hərbi xidmətdə olmuş şəxslər.

2. “Dil hazırlığı” kafrdası üzrə:
- Müəllim, baş müəllim.
- Dövlət ali təhsil müəssisələrinin magistr pilləsini bitirmiş, ingilis dilini mükəmməl bilən, pedaqoji staja malik, həmçinin elmi-tədqiqat işləri ilə məşğul olan şəxslər.

3. “DİO-da idarəetmənin təşkili” kafedrası üzrə:
- Mühəndis proqramçı.
- Dövlət ali təhsil müəssisələrinin riyaziyyat, kompyuter riyaziyyatı, informatika və hesablama texnikası istiqamətləri üzrə bakalavr və ya magistr pilləsini bitirmiş şəxslər.

4. Elmi-təqdiqat və redaksiya-nəşriyyat şöbəsi üzrə:
- Elmi əməkdaş.
- Dövlət ali təhsil müəssisələrinin magistr pilləsini bitirmiş, ali hüquq təhsilinə malik, həmçinin elmi-tədqiqat işləri ilə məşğul olan şəxslər.

5. Beynəlxaq əməkdaşlıq qrupu üzrə:
- Baş inspektor.
- Dövlət ali təhsil müəssisələrinin bakalavr və ya magistr pilləsini bitirmiş, ali hüquq və beynəlxalq hüquq təhsilinə malik, həmçinin xarici dil bilən və kompyuterdə işləmək qabiliyyətinə malik şəxslər.
- Polis Akademiyasında hüquq fənlərinin tədrisi üzrə vakant olan müəllim vəzifələrinə dövlət ali təhsil müəssisələrinin magistr pilləsini bitirmiş, ali hüquq təhsilinə malik, həmçinin pedaqoji fəaliyyətlə və elmi-tədqiqat işləri ilə məşğul olan həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, (kişilər üçün) yaşı 20-dən az 30-dan çox olmayan boyu kişilər üçün 165, qadınlar üçün 160 santimetrdən az olmayan fiziki cəhətdən sağlam şəxslər, eyni zamanda daxili işlər orqanlarının orta və böyük rəis heyəti vəzifələrində xidmət edən əməkdaşlar müraciət edə bilərlər.

Əlaqə telefonu: 454-12-78 (saat 10:00-dan 18:00-dək həftənin bütün günləri)

Polis Akademiyası

 

Geriyə | Çap versiyası