elanlar

Azərbaycan Respublikasinin Daxili İşlər Nazirliyi polis orqanlarında orta rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir

09.06.2020

Respublikanın şəhər, rayon polis orqanlarında /Naxçıvan Muxtar Respublikası, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla/ polis sahə rəisi və əməliyyat müvəkkili vəzifələrinə xidmətə qəbul ilə əlaqədar müsabiqə keçirilir.

Cəmi 100 vəzifənin komplektləşdirilməsi ilə əlaqədar keçirilən müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Test imtahanı - "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"nin tələblərinə cavab verən namizədlərlə qanunvericilik aktları və nəzəri bilik sahələri üzrə test imtahanının proqramı, eləcə də məntiqi nəticə çıxarmaq qabiliyyətini əhatə edən suallar əsasında aparılır. Test imtahanından müvəffəqiyyətlə keçmiş iştirakçıların xidməti vəzifələrini yerinə yetirən zaman qanunvericilik aktlarını tətbiq etmək üçün bilik və bacarığı, ünsiyyət yaratmaq, özünü təqdimetmə bacarığı, təmkinliyi, fikir və rəyini ifadə etmək qabiliyyəti kimi xüsusiyyətləri Daxili İşlər Nazirliyinin Mərkəzi Müsabiqə Komissiyası tərəfindən keçirilən müsahibə zamanı qiymətləndirilir.

Müsabiqədə Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində hüquqşünas ixtisası üzrə təhsil almış, yaşı 28-dək olan, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, əvvəllər özü və yaxın qohumları məhkum olunmamış (ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş yaxın qohumlar istisna olmaqla) "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları (daxili işlər və digər hüquq mühafizə orqanlarında zabit vəzifələrindən xaric edilmiş şəxslər istisna olmaqla) iştirak edə bilərlər.

Müsabiqə qaliblərinin təyinatlarından sonra onların xidməti iş yerləri Daxili İşlər Nazirliyinin Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda yerləşən polis orqanlarına 5 il müddətində dəyişdirilməyəcəkdir.

Müsabiqədə iştirak etmək istəyən şəxslər 2020-ci il may ayının 18 -dən iyun ayının 18 - dək http://www.mia.qov.az/index.php7/az/content/29799/ ünvanda yerləşdirilmiş elektron ərizə formasını və qısa anket məlumatlarını şəxsən dolduraraq elektron poçt vasitəsi ilə bki@mia.gov.az ünvanına Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə göndərməlidirlər.

Elektron ərizələr Daxili İşlər Nazirliyində qeydiyyatdan keçirilərək namizədlər barədə məlumatlar Baş Kadrlar İdarəsi tərəfindən öyrənildikdən sonra müvafiq qərar qəbul edilir.

Namizədlər məlumatlandırıldıqdan sonra aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:

-    şəxsiyyət vəsiqəsi;

-    ali təhsil haqqında diplom;

-    hərbi bilet;

-    əmək kitabçası (olanlar üçün);

Təqdim olunmuş sənədlər əsasında şəxsin müsabiqədə iştirakı üçün zəruri sənədləşmə aparılır.

Müsabiqədə iştirak edəcək şəxslərin sağlamlıq vəziyyəti və fiziki hazırlıq səviyyəsi daxili işlər orqanları əməkdaşları üçün müəyyən olunmuş normativlər üzrə yoxlanılır.

«Daxili işlər orqanlarında xidmətə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi Qaydaları», test imtahanının proqramları və fiziki hazırlıq üzrə ödəniləcək normativlər Daxili İşlər Nazirliyinin www.mia.gov.az ünvanlı Veb saytında yerləşdirilmişdir.

Əlavə məlumat almaq üçün əlaqə telefonları:

(012) 590-93-51; (012)-590-94-12;

(012) 590-93-64; (012) 590-80-66.



 

DİN-in "15” may 2020-ci il tarixli

                                                        Ə458-001-20 №-li əmrinə əlavə 2


DAXİLİ İŞLƏR ORQANLARININ ORTA RƏİS HEYƏTİ VƏZİFƏLƏRİNDƏ XİDMƏTƏ QƏBUL
ÜZRƏ MÜSABİQƏNİN TEST İMTAHANININ PROQRAMI

Daxili işlər orqanlarının orta rəis heyəti vəzifələrində xidmətə qəbul üzrə müsabiqənin test imtahanları mərhələsində namizədlər məntiqi nəticə çıxarmaq qabiliyyətini müəyyən edən sualları cavablandırmaqla yanaşı, aşağıdakı qanunvericilik aktları və nəzəri bilik sahələri üzrə mükəmməl hazırlıq nümayiş etdirməlidirlər:

Qanunvericilik aktları və nəzəri bilik sahələri:

·         Azərbaycan Respublikasının Konstitusiyası.

·         Dövlət və hüquq nəzəriyyəsi.

·         Cinayət hüququ.

·         Cinayət prosesi.

·         İnzibati hüquq.

·         Kriminalistikanın əsasları.

·         Kriminalogiyanın əsasları.

·         BMT-nin «İnsan hüquqları haqqında» Ümumi Bəyannaməsi.

·         «Polis haqqında» Azərbaycan Respublikasının Qanunu.

·         «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanunu.

·         «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında

·         Əsasnamənin təsdiq edilməsi barədə» Azərbaycan Respublikasının Qanunu.

·         «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikasının Qanunu.

·         «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikasının Qanunu.

______________________________________ H ____________________________________________________



 

DAXİLİ İŞLƏR ORQANLARININ ORTA RƏİS HEYƏTİ VƏZİFƏLƏRİNDƏ XİDMƏTƏ
QƏBUL ÜÇÜN MİNİMAL FİZİKİ HAZIRLIQ NORMATİVLƏRİ

"Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"nin tələblərinə müvafiq olaraq, daxili işlər orqanlarında xidmətə qəbul olunan şəxslərin fiziki hazırlıq səviyyəsi müəyyən edilmiş aşağıdakı tapşırıqlar və normativlər əsasında yoxlanılır:

Qaçış: 100 (yüz) metrə - 15 saniyə, 1000 (min) metrə - 4 dəqiqə;

Turnikdə dartınma:

·         çəkisi 80 kiloqramadək -10 dəfə,

·         çəkisi 80 kiloqramdan yuxarı - 6 dəfə;

Qollar üzərində bədənin döşəmədən qaldırılıb-endirilməsi - 20 dəfə;

Arxası üstə uzanmış halda gövdənin döşəmədən qaldırılıb-endirilməsi -20 dəfə.

Daxili işlər orqanlarında orta rəis heyəti vəzifələrində xidmətə qəbul barədə
Ərizə


Namizəd tərəfindən doldurulan


Soyadı;

 

Adı;

 

Atasının adı:

 

Təvəllüdü - gün, ay, il

 

Vətəndaşlığı:

 

Etnik mənsubiyyəti

 

Ailə vəziyyəti

 

Qeydiyyatda olduğu və faktiki yaşadığı ünvan:

 

Şəhər;

 

Rayon;

 

Küçə;

 

Ev;

 

Mənzil:

 

İctimai siyasi partiya və hərəkatlara, dini təşkilatlara mənsubluğu

 

Özünün və yaxın qohumlarının cinayət törətdiyinə görə əvvəllər məhkum edilməsi, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilməsi

 

Təhsili (bitirdiyi il, təhsil müəssəsinin adı və ixtisası)

 

Orta;

 

Orta ixtisas;

 

Ali:

 

Əvvəllər daxili işlər orqanlarında və ya digər hüquq mühafizə orqanlarında  işləyib-işləməməsi (orqanın adı, vəzifəsi, xidmət müddəti)

 

Hərbi xidmətə münasibəti; (hərbi xidmətdə olub-olmaması), hərbi rütbəsi:

 

Boyu:

 

Bildiyi xarici dil və səviyyəsi:

 

Elektron ünvanı: e-mail

 

Əlaqə telefonu:

 

Qeyd: Aşağıdakı hallarda ərizə qeydiyyata alınmır:

1.      Yuxanda qeyd olunan rekvizətlərdən hər hansı biri doldurulmadıqda;

2.      Ərizəçinin yaşı 20-dən aşağı və 28-dən yuxarı olduqda;

3.      Xarici ölkə vətəndaşlarının ərizələri;

4.         Anket tam doldurulmadıqda;

5.      Elan olunmuş müsabiqənin şərtlərinə uyğun gəlmədikdə.


2-ci səhifədə yerləşdirilmiş elektron anket blankının tam doldurulması vacibdir.


 

Yaxın qohumlar haqqında məlumat*


Qohumluq

dərəcəsi

Soyadı, adı, atasının adı

Doğulduğu gün, ay, il və yer

İş yeri, vəzifəsi

Qeydiyyatda olduğu /faktiki yaşadığı/ ünvan

1

2

3

4

5

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

*Qanunla müəyyən edilmiş qaydada dəyişidirilmiş soyadlar, adlar və atalarının adları haqqında məlumatlar da göstərilir.

Yaxın qohumlar: Ata, ana, qardaş, bacı, arvad, uşaqlar, arvadın atası, anası, qardaş və bacıları.

Qeyd: Anketdə təhrif olunmuş məlumatların göstərilməsi xidmətə qəbulun rədd edilməsi üçün əsasdır.


 

Geriyə | Çap versiyası