elanlar

DİN-in Polis Akademiyası 2020-ci il üçün doktoranturaya və dissertanturaya qəbul elan edir

21.09.2020

Azərbaycan Respublikası DİN-in Polis Akademiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 avqust 2020-ci il tarixli, 493s nömrəli sərəncamı ilə təsdiq olunmuş Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi təşkilatların 2020-ci il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planına əsasən 2020-ci il üçün fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya qəbul elan edir.

 

İxtisasın

şifri

İxtisasın

adı

Fəlsəfə doktoru proqramı üzrə

doktoranturaya qəbul planı

dissertanturaya qəbul planı

cəmi

o cümlədən:

cəmi

o cümlədən:

büdcə hesabına

ödənişli əsaslarla

büdcə hesabına

ödənişli əsaslarla

qiyabi

qiyabi

5611.01

Cinayət hüququ və kriminologiya; cəza-icra hüququ

5

2

3

4

1

3

5612.01

Cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası;

əməliyyat-axtarış fəaliyyəti

5

2

3

4

1

3

 

Cəmi:

10

4

6

8

2

6

 

 Fəlsəfə doktoru  hazırlığı üzrə doktoranturaya və dissertanturaya sənədlər 14 sentyabr - 7 oktyabr 2020-ci il tarixlərində hər gün (bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək, şənbə günləri    10:00-dan 17:00-dək qəbul ediləcək.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olmaq istəyən şəxslər xarici dildən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır) Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzində imtahan verməlidirlər.

Xarici dildən imtahanda keçid balını toplayan şəxslər fəlsəfədən imtahana buraxılırlar.

Fəlsəfədən məqbul alan şəxslər ixtisas imtahanına buraxılırlar.

Doktoranturaya qəbul üçün aşağıdakı sənədlər DİN-in Polis Akademiyasına təqdim olunmalıdır:

- DİN-in Polis Akademiyasının adına ərizə;

- kadrların şəxsi-qeydiyyat vərəqi;

- tərcümeyi-hal;

- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

- iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;

- iş yerindən xasiyyətnamə;

- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;

- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);

- xarici dil bilikləri üzrə beynəlxalq sertifikat (IELTS, TOEFL, TestDaf, DALF) əgər  varsa);

- şəxsiyyəti təsdiq edən sənədin surəti.

Xarici dil üzrə qüvvədə olan beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaf, DALF) malik olanlar xarici dil üzrə qəbul imtahanından azad olunurlar. Beynəlxalq dil sertifikatının imtahan nəticələrinin ekvivalentliyi AMEA və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyənləşdiriləcək.

Dissertantlıq yolu ilə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertanturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan, müvafiq tədqiqat sahəsində  müəyyən müvəffəqiyyətləri olan və əsas iş yeri ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilat olan, azı iki il elmi və elmi-pedaqoji iş stajına malik elmi və elmi-pedaqoji kadrlar sənəd təqdim edə bilərlər.

Dissertantlıq yolu ilə təhsil müddətini başa vuran şəxslər eyni ixtisas üzrə təkrar dissertant ola bilməzlər.

Doktoranturada tam təhsil müddətini başa vurmuş şəxslər eyni ixtisas üzrə dissertantlıq yolu ilə təhsil ala bilməzlər.

Dissertantlıq yolu ilə fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyən şəxslər xarici dildən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır) Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzində imtahan verməlidirlər.

Fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertanturaya qəbulla bağlı aşağıdakı sənədlər DİN-in Polis Akademiyasına təqdim olunmalıdır:

- DİN-in Polis Akademiyasının adına ərizə;

- kadrların şəxsi-qeydiyyat vərəqi;

- tərcümeyi-hal;

- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

- iş yerindən xasiyyətnamə;

- əmək kitabçasından çıxarış;

- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat (fəlsəfə doktoru hazırlığı üzrə);

- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);

-  şəxsiyyəti təsdiq edən sənədin surəti.

Əlavə məlumat üçün DİN-in Polis Akademiyasının Elmi-tədqiqat və redaksiya-nəşriyyat şöbəsinə müraciət etmək olar.

Əlaqə telefonları: (+994 12) 454-13-85, 454-34-57.

E-mail: ehg69@mail.ru

Qeyd: Fəlsəfə doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya sənəd verən iddiaçılar xarici dil imtahanında iştirak etmək üçün sənəd qəbulu bitdikdən sonra Dövlət İmtahan Mərkəzinin saytında şəxsi kabinet açaraq qeydiyyatdan keçməlidirlər.

DİN-in Polis Akademiyası

Geriyə | Çap versiyası