elanlar

2021/2022-ci TƏDRİS İLİ ÜÇÜN DİN-in POLİS AKADEMİYASININ MAGİSTRATURASINA NAMİZƏDLƏRİN QƏBULU ELANI

05.02.2021

Azərbaycan Respublikası  DİN-in Polis Akademiyası  dövlət hesabına  2 illik əyani təhsil üçün hüquqşünaslıq ixtisasının “Cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizasi” ixtisaslaşması üzrə magistraturaya  qəbul elan edir.
Qəbula namizədlər daxili işlər orqanlarında orta və böyük rəis heyəti vəzifələrində xidmət edən, ali təhsilli, fiziki cəhətdən sağlam və hazırlıqlı,elmi-tədqiqat və elmi-pedaqoji fəaliyyətə həvəsi olan 45 yaşadək əməkdaşlar sırasından seçilir.
Seçim şərtlərinə uyğun gələn və təhsil almaq istəyən əməkdaş, fevral ayının    16-dək orqan rəisi (nizami polis hissəsinin komandiri) vasitəsilə Azərbaycan Respublikasının Daxili İşlər nazirinə raportla müraciət edir. Razılıq verildikdən sonra müvafiq sənədlər “Polis Akademiyasının Magistraturasına Qəbul Qaydaları”na uyğun hazırlanıb DİN-in Baş Kadrlar İdarəsinə göndərilməlidir.
Namizədlərin seçimi və müsahibəsi DİN-in Baş Kadrlar İdarəsində yaradılan komissiyada  həyata keçiriləcək.
Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi üzrə namizədlərin seçimi və sənədlərinin hazırlanması “Polis Akademiyasının Magistraturasına Qəbul Qaydaları”nın tələblərinə uyğun olaraq həmin orqanın müvafiq qurumları və komissiyası tərəfindən təşkil edilir. Namizədlərin sənədləri müəyyən olunmuş müddətədək          DİN-in Baş Kadrlar İdarəsinə təqdim olunur.
Müsahibə əməkdaşların xidmət etdiyi struktur qurumun fəaliyyətini tənzimləyən qanunvericiliyin və digər normativ hüquqi aktların tələbləri üzrə keçirilir, namizədlərin qəbul imtahanlarına buraxılması barədə rəy tərtib olunur.
Magistraturaya qəbul imtahanları Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən 1-ci cəhd - 28.02.2021-ci il tarixində, 2-ci cəhd isə iyun ayı ərzində keçiriləcəkdir.  İmtahanların məzmunu və forması, davametmə müddəti, keçiriləcəyi yer və günlər Mərkəz tərəfindən müəyyən edilir. Namizədlər bu məqsədlə Mərkəzin internet saytında və ya kütləvi informasiya vasitələrində verilən elanları izləməlidirlər.
Nazirlik tərəfindən seçilmiş namizədlər yalnız Polis Akademiyasının magistraturasına qəbul üçün keçirilən müsabiqədə iştirak edirlər.
Magistraturaya qəbul olunanlar Azərbaycan Respublikası Daxili İşlər nazirinin əmri ilə xidmət yerində tutduğu vəzifədə saxlanılmaqla Akademiyanın sərəncamına ezam edilirlər. Onların əmlak və maliyyə təminatı tutduğu vəzifə üçün müəyyən olunmuş normalar həcmində saxlanılır.
Daha ətraflı məlumatı DİN-in Polis Akademiyasının  -  (012)  454-12-78;     454-13-85 və ya Baş Kadrlar İdarəsinin - (012) 590-95-05, 15-05 (daxili) nömrəli  telefonları vasitəsi ilə ala bilərsiniz.


Geriyə | Çap versiyası