elanlar

“Hüquqşünaslıq” ixtisası üzrə magistraturaya qəbul imtahanlarının fənn proqramları

10.02.2022

            
AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRLİYİ
DİN-in POLİS AKADEMİYASI

“Hüquqşünaslıq” ixtisası üzrə magistraturaya qəbul  imtahanlarının fənn proqramları

BAKI – 2022

DİN-in POLİS AKADEMİYASINA “HÜQUQŞÜNASLIQ” İXTİSASI ÜZRƏ MAGİSTRATURAYA QƏBUL  ÜÇÜN SƏNƏD VERMİŞ NAMİZƏDLƏRİN NƏZƏRİNƏ

Daxili işlər orqanları əməkdaşlarının Akademiyanın magistraturasına qəbulu üzrə müsabiqə Polis Akademiyasında informasiya-kommunikasiya texnologiyaları vasitəsi ilə test üsulu ilə keçirilən qəbul imtahanından ibarətdir.
İmtahanların məzmunu, forması, aparılması qaydası və texnologiyası, minimal qəbul balı, davametmə müddəti, keçiriləcəyi yer və günlər Akademiya tərəfindən müəyyən edilir.
Cari ildə magistraturaya qəbul imtahanının iki dəfə keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmiş namizədlər öz istəklərinə uyğun olaraq həmin imtahanların birində və ya hər ikisində iştirak  edə bilərlər. İmtahan nəticələri elan edildikdən sonra namizədlər   müsabiqədə həmin imtahanların hər hansı birində topladıqları bal ilə iştirak edə bilərlər.
Birinci qəbul imtahanı 2022-ci il fevralın 28-də, ikinci qəbul imtahanı aprelin 29-da keçiriləcək.
Qəbul imtahanında namizədin imtahan verəcəyi xarici dil onun tərəfindən ingilis, alman və ya fransız dilləri sırasından seçilir.
 İmtahanda bakalavrın hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.
Namizədlər ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürun) yoxlanılması üzrə suallarından minimum 15, informatika  və xarici dil üzrə  isə minimum 5 sualı düzgün cavablandırmalı, müsabiqədə iştirak etmək üçün ümumilikdə toplanılan bal 50-dən aşağı olmamalıdır.
    Qəbul imtahanında sualların cavablandırılmasına 3 saat vaxt ayrılır.
 Namizədə təqdim edilən test suallarının (cəmi 100) ardıcıllığı belə olmalıdır:
1.    xarici dil üzrə 25 test tapşırığı
2.    informatika üzrə 25 test tapşırığı (şəkil ola bilər)
3.    məntiq üzrə 50 test tapşırığı (daha çox şəkillidir)
    Qəbul imtahanlarında iştirak etmək üçün namizəd imtahana şəxsiyyətini təsdiq edən sənəd və xidməti vəsiqəsini  təqdim etməklə buraxılır. Ona görə də əvvəlcədən namizədlər üçün istifadəçi adı və parolu təyin edilməlidir (təxminən 30-a yaxin namizəd olacaqdır)
    İmtahanın nəticələri üzrə qəbul yerlərinin sayına müvafiq olaraq minimal qəbul balından az olmamaq şərtilə, ən yüksək bal toplayan 15 namizəd müsabiqədən müvəffəqiyyətlə keçmiş hesab olunur və Akademiyanın magistraturasına qəbul edilirlər.
Qəbul yerlərinin sayına müvafiq olaraq bərabər bal toplamış namizədləri biri-birindən fərqləndirmək məqsədi ilə aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilər nəzərə alınır:
1. ümumi intellekt səviyyəsini (məntiqi təfəkkürü) yoxlayan testdən toplanılan bal;
2. xarici dil üzrə testdən toplanılan bal.

DİN-in Polis Akademiyasına “Hüquqşünaslıq” ixtisası üzrə magistraturaya qəbul  üçün keçiriləcək imtahanların fənn proqramları

İNGİLİS DİLİ
1. The Noun (countable/uncountable)
2. Quantifiers
3. The pronoun
4. Tense forms
5. Modal Verb
6. Passive Voice
7. Complex Object
8. The Preposition
9. Negative Sentences
10. İnterrogative Sentences
11. There is / are
11. So do I / Neither do I
12. Logical tests
13. Make up dialogue/ story
14. Lexical tests (synonyms / antonyms)
15. Texts  


FRANSIZ DİLİ

1.    Les relatifs simples et composés.
2.    Les verbes pronominaux.
3.    La voix passive.
4.    Gérondif.
5.    Pronoms.
6.    La négation.
7.    L’indicatif (présent, passe, futur)
8.    Le conditionnel.
9.    La concordance des temps.
10.    Interrogation.
11.    Les relations logiques (la cause, la conséquence, le but, l’opposition et la concession).
12.     Les prépositions.

                                                      

ALMAN DİLİ

1.    Zeitformen
2.    Verben
3.    Nomen und Artikel
4.    Pronomen
5.    Adjektive
6.    Adverbien
7.    Deklination
8.    Präpositionen
9.    Konjunktionen
10.    Satzbau

İNFORMATİKA
1. İnformatika və onun əsas anlayışları
2. Kompüter və onun texniki təminatı
3. Alqoritmləşdirmənin əsasları
4. Proqram təminatı və onun təsnifatı
5. Əməliyyat sistemi
6. Microsoft Windows 10 əməliyyat sistemi
7. Kompüter qrafikasının əsasları
8. Kompüter şəbəkələri
9. İnternet qlobal şəbəkəsi
10. Microsoft Word 2010 mətn prosessoru
11. Microsoft Excel 2010 cədvəl prosessoru
12. Microsoft Powerpoint 2010 elektron təqdimat proqramı
13. Verilənlər bazası. Microsoft Acces 2010

MƏNTİQ
I.Verbal test tapşırıqları
-Şifrələr, Kodlama
-“X” şərti dilində tərcümə
-Analogiya
Anaqram
-Məntiqi mühakimə məsələləri
II. Riyazi ədədlərlə bağlı test tapşırıqları
-Aşkar operatorlar
-Qeyri-aşkar operatorlar
-Ardıcıllıqlar
-IV sətrin tamamlanması, Fiqur-ədəd əlaqələri
-Cədvəllər, Sudoku
-Hitori
-Kakuro
-Sapyor
-Şifrəli əməllər
III. Fiqurlarla bağlı test tapşırıqları
-Fiqur analogiyası
-Fiqurların tamamlanması
-Fərqli fiqurun tapılması
-Fiqur ardıcıllıqları
-Fiqur cədvəlləri
-Xəyali kəsiklər
-Hissələrin birləşməsi
-Fəza fiqurları
-Tərəzilər
-Sahə və perimetr
IV. Riyazi-məntiqi məsələlər
-Natural ədəd məsələləri
-Yaş məsələləri
-Faiz məsələləri
-Hovuz və iş məsələləri, Sürət məsələləri
-Diaqram və qrafiklər

POLİS AKADEMİYASI

Geriyə | Çap versiyası