elanlar

2023/2024-cü tədris ili üçün DİN-in Polis Akademiyasına ali təhsilin magistratura səviyyəsinə əyani təhsil üzrə qəbul ELANI

21.01.2023

Azərbaycan  Respublikası  Daxili İşlər Nazirliyinin

«19» 01 2023-cü il tarixli 3-13\Ə37\2023 nömrəli  əmrinə əlavə 4.

 

 

Polis orqanının daxili elanlar guşəsində yerləşdirilməsi üçün

 

E L A N

 

Daxili işlər orqanları əməkdaşlarının nəzərinə


 

 

2023/2024-cü tədris ili üçün DİN-in Polis Akademiyasına ali təhsilin magistratura səviyyəsinə əyani təhsil üzrə qəbul

 ELANI

 

   

        1. Azərbaycan Respublikası  DİN-in Polis Akademiyası  dövlət hesabına  2 illik əyani təhsil üçün hüquqşünaslıq ixtisasının “Cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizasi” ixtisaslaşması üzrə magistraturaya  qəbul elan edir.

        2. Hüquqşünaslıq ixtisası üzrə bakalavr dərəcəsi olan şəxslərin Akademiyanın magistraturasına qəbulu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının 2021-ci il 26 noyabr tarixli Q17-001-21 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasına daxili işlər orqanları əməkdaşlarının qəbulu Qaydası” ilə tənzimlənir.

        3. Əməkdaşların sənədlərinin qəbulu və tədris işlərinin tərtibatı onların xidmət yeri üzrə həyata keçirilir. Akademiyanın magistraturasına qəbul olunmaq istəyən əməkdaş sənədlərin qəbulu üçün – (imtahanda iştirak etmək üçün) 2023-cü ilin fevral ayının 21-dək əsaslandırılmış raportla Azərbaycan Respublikasının daxili işlər nazirinə müraciət edir.

        Raporta ali təhsil haqqında sənəd və ona əlavənin surəti (xarici ölkələrdə təhsil haqqında sənədlərin notarial qaydada təsdiq edilmiş azərbaycan dilinə tərcüməsi) əlavə edilir.

        4. Əməkdaşın xidmət keçdiyi orqanda onun raportu əsasında tədris işi tərtib edilir. Tədris işinə əməkdaşın təhsil haqqında sənədlərinin əsli, xidməti xasiyyətnaməsi, kadrların uçotunun şəxsi vərəqəsi (anket), əməliyyat-sorğu uçotları üzrə yenilənmiş yoxlama tələbnamələri üzrə məlumat əlavə edilməklə Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə göndərilir.

        5. Daxili işlər orqanları əməkdaşlarının Akademiyaya qəbulu müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqədə iştirak ödənişsizdir. Akademiyaya qəbul üzrə müsabiqədə iştirak məqsədilə daxili işlər orqanları əməkdaşları sırasından namizədlərin seçilməsini  Azərbaycan Respublikası daxili işlər nazirinin əmri ilə Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsində yaradılmış sənəd qəbulu komissiyası həyata keçirir. Komissiya Akademiyaya qəbul üzrə müsabiqədə iştirak üçün müraciət etmiş namizədlərin Azərbaycan Respublikasının təhsil qanunvericiliyi və daxili işlər orqanlarında xidmət keçmə haqqında qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğunluğunu yoxlayaraq namizədlərin siyahısını müəyyən edir. Sənəd qəbulu komissiyası namizədlərin biliklərini və hazırlığını yoxlamır.  

        6. Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsi daxil olmuş tədris işlərini tələblərə uyğun öyrənərək müsabiqədə iştirakı məqsədəmüvafiq hesab edilən namizədlərin siyahısını müəyyən edir və Azərbaycan Respublikasının daxili işlər naziri ilə razılaşdırılmaqla Akademiyanın Müsabiqə komissiyasına təqdim edir.

        7. Daxili işlər orqanları əməkdaşlarının Akademiyanın magistraturasına qəbulu üzrə müsabiqə Polis Akademiyasında informasiya-kommunikasiya texnologiyaları vasitəsilə test üsulu ilə keçirilən qəbul imtahanından ibarətdir.

        8. İmtahanların məzmunu, forması, aparılması qaydası və texnologiyası, minimal qəbul balı, davametmə müddəti, keçiriləcəyi yer və günlər Akademiya tərəfindən müəyyən edilir.

        8.1. cari ildə magistraturaya qəbul imtahanının iki dəfə keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmiş namizədlər öz istəklərinə uyğun olaraq həmin imtahanların birində və ya hər ikisində iştirak edə bilərlər. İmtahan nəticələri elan edildikdən sonra namizədlər müsabiqədə həmin imtahanların hər hansı birində topladıqları bal ilə iştirak edə bilərlər.

        8.2. birinci qəbul imtahanı 2023-cü il martın 3-də, ikinci qəbul imtahanı mayın 5-də keçiriləcək.

        9. Magistraturaya qəbul imtahanı namizədin ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürünün), informatika və xarici dil biliklərinin (ingilis dili) qiymətləndirilməsi üzrə keçirilir.

        10. İmtahanda bakalavrlara ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürun) yoxlanılması üçün 50, informatika üzrə 25 və xarici dil üzrə 25 test tapşırığı təqdim olunacaqdır. İmtahanda bakalavrın hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.

        11. Namizədlər ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürun) yoxlanılması üzrə suallarından minimum 15, informatika  və xarici dil üzrə  isə minimum 5 sualı düzgün cavablandırmalı, müsabiqədə iştirak etmək üçün ümumilikdə toplanılan bal 61-dən aşağı olmamalıdır.

        11.1. qəbul imtahanında sualların cavablandırılmasına 3 saat vaxt ayrılır.

        12. Qəbul imtahanlarında iştirak etmək üçün namizəd imtahana şəxsiyyətini təsdiq edən sənəd və xidməti vəsiqəsini  təqdim etməklə buraxılır.

        13. İmtahanın nəticələri üzrə qəbul yerlərinin sayına müvafiq olaraq minimal qəbul balından az olmamaq şərtilə, ən yüksək bal toplayan 10 namizəd müsabiqədən müvəffəqiyyətlə keçmiş hesab olunur və Akademiyanın magistraturasına qəbul edilirlər.

        14. Qəbul yerlərinin sayına müvafiq olaraq bərabər bal toplamış namizədləri biri-birindən fərqləndirmək məqsədi ilə aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilər nəzərə alınır:

        14.1. ümumi intellekt səviyyəsini (məntiqi təfəkkürü) yoxlayan testdən toplanılan bal;

        14.2. xarici dil üzrə testdən toplanılan bal.

        15.  Namizəd imtahanın keçirilməsi qaydasını pozduqda, o cümlədən saxta sənədlər təqdim etdikdə, köçürməyə yol verdikdə, imtahana rabitə vasitəsi və digər elektron cihaz gətirdikdə, imtahana öz yerinə başqasını göndərdikdə, yaxud imtahan qaydalarına zidd hərəkətlərə və saxtakarlığa yol verdikdə bu barədə akt tərtib edilir və imtahandan kənarlaşdırılır. Onun imtahan nəticələri Müsabiqə komissiyası tərəfindən ləğv edilir.

        16. İmtahan balı eyni olan iki və daha çox namizədi biri-birindən fərqləndirmək mümkün olmadıqda, onların hamısı Akademiyanın magistraturasına qəbul edilirlər.

        17.  İmtahan nəticələrindən narazı qalan namizədlərin müraciətlərinə Daxili İşlər Nazirliyinin Kollegiyasının 2021-ci il 26 noyabr tarixli Q17-001-21 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydanın 4.19-cu və 4.20-ci bəndlərinə müvafiq olaraq Akademiyada yaradılan Apellyasiya komissiyası tərəfindən baxılır. Namizəd Apellyasiya komissiyasına şəxsiyyətini təsdiq edən sənəd və xidməti vəsiqəsini  təqdim etməklə, şəxsən müraciət etməlidir.

        18. Daxili işlər orqanları əməkdaşlarının Akademiyada təhsili dövlət sifarişi (dövlət büdcəsinin vəsaiti) hesabına maliyyələşdirilir.

        19. Namizədlər təhsil aldıqları müddətdə qanunvericiliklə müəyyən edilmiş məbləğdə təqaüd alırlar.

        20.  Akademiyaya qəbul olunan əməkdaşlar Azərbaycan Respublikası daxili işlər nazirinin əmri ilə xidmət yerində tutduğu vəzifədə saxlanılmaqla Akademiyanın sərəncamına ezam edilirlər. Bu zaman onların əmlak və maliyyə təminatı tutduğu vəzifə üçün müəyyən edilmiş normalar həcmində saxlanılır.

        21. Akademiyaya qəbul olunan əməkdaşlar Akademiyanın sərəncamına ezam edildikdən sonra Akademiya rəisinin əmri ilə dəyişən heyətin sıralarına daxil edilirlər.

        22. Akademiyada təhsil alan əməkdaşların vəzifə və xidmət yerinin dəyişdirilməsinə, həmçinin ştat ixtisarı ilə əlaqədar xidmətdən xaric edilməsinə yol verilmir. Təhsil müddətində əməkdaşlar tutduğu vəzifə üçün müəyyən edilmiş həddə növbəti xüsusi rütbəyə təqdim olunurlar.

        23. Akademiyada təhsil alan əməkdaşlar Akademiya rəisinin səlahiyyətləri çərçivəsində mükafatlandırıla və ya intizam məsuliyyətinə cəlb edilə bilərlər.

        24. Akademiyada təhsili müvəffəqiyyətlə başa vurmuş əməkdaşlar barədə məlumat ehtiyat kadrlar siyahısına daxil edilməsi üçün Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə göndərilir, əməkdaşlar isə əvvəlki iş yerinə ezam edilirlər.

        25. Daha ətraflı məlumatı DİN-in Baş Kadrlar İdarəsinin - (012) 590-99-47, 19-47 (daxili), Polis Akademiyasının  -  (012)  454-12-78  və ya 454-13-85 nömrəli  telefonları vasitəsi ilə ala bilərsiniz.

 

 

 

 

Azərbaycan  Respublikası  Daxili İşlər Nazirliyinin

«19» 01 2023-cü il tarixli 3-13\Ə37\2023 nömrəli  əmrinə əlavə 5.

 

 

 

Azərbaycan Respublikasının

Daxili işlər naziri,general-polkovnik 

    

              cənab Vilayət Eyvazova    

 

 

_________rayon polis şöbəsinin rəisi, polis polkovniki

 

                cənab _______vasitəsilə    

 

 

RAPORT

 

          Məruzə edirəm ki, 2010-cu ildən daxili işlər orqanlarında xidmət edirəm.

          Ali hüquq təhsilliyəm, 2015-ci ildə DİN-in Polis Akademiyasını bitirmişəm. Gələcəkdə elmi-pedaqoji fəaliyyətlə məşğul olmaq arzumu nəzərə alaraq DİN-in Polis Akademiyasının magistraturasına qəbul üzrə keçiriləcək müsabiqədə  iştirak etməyimə  icazə vermənizi Sizdən xahiş edirəm.

 

 

 

______ rayon polis şöbəsinin təhqiqatçısı,

polis kapitanı

 

İmza  (ad, soyad, ata adı)



 

                                                               “          “  ­­­­­­­­­­__________ 2023-cü il

 

 

 

 

 

Əlavə-1

 

 

Azərbaycan Respublikasının

Daxili işlər naziri, general-polkovnik 

 

cənab Vilayət Eyvazova   

 

Azərbaycan Respublikası DİN-in Polis Akademiyasının rəisi, polis general-mayoru  cənab Canpolad Daanov vasitəsilə    

 

 

 

 

RAPORT

 

            Məruzə edirəm ki, 2018-ci ildən daxili işlər orqanlarında xidmətə və Polis Akademiyasının I kurs kursantları sırasına qəbul olmuşam. Hazırda V kursda təhsilmi davam etdirirəm.

            Gələcəkdə elmi-pedaqoji fəaliyyətlə məşğul olmaq arzumu nəzərə alaraq DİN-in Polis Akademiyasının magistraturasına qəbul imtahanlarında  iştirak etməyimə  icazə vermənizi Sizdən xahiş edirəm.

 

 

 

DİN-in Polis Akademiyasının əyani təhsil

üzrə V kurs kursantı, polis sıravisi

 

İmza  (ad, soyad, ata adı)

 

 

“        “  yanvar 2023-cü il

 

Geriyə | Çap versiyası