Akademiyanın məzun əməkdaşları

 

 Həsənov Bağban Suliddin oğlu

 1970-ci il fevralın 20-də Ağdam rayonunun Şıxbabalı kəndində anadan olmuş, 1987-ci ildə Şəxbabalı kənd orta məktəbini bitirmişdir.

1988-90-cı illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 1991-ci ildə Ağdam Rayon Polis Şöbəsində polis nəfəri kimi DİO-da xidmətə başlamışdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, müharibə veteranıdır.
1991-ci ildə DİN-in Polis Akademiyasına qəbul olmuş, 1995-ci ildə oranı fərqlənmə diplomu və “polis leytenantı” xüsusi rütbəsi ilə bitirərək, “Kriminalistika” kafedrasına müəllim təyin olunmuşdir. 1996-cı ildən Analiz, ümumiləşdirmə və nəzarət bölməsinin inspektoru, sonralar həmin bölmənin rəisi vəzifələrində xidmət etmiş, 2006-cı ildən Tədris-metodiki şöbənin baş inspektoru, 2013-cü ildən isə “DİO-da idarəetmənin təşkili və ixtisasartırma” fakültəsinin rəisi vəzifəsinə təyin edilmişdir. Polis polkovnikidir.
Polis Akademiyasında işlədiyi müddət ərzində “DİO-da qüsursuz xidmətlərinə görə” medalları və DİN-in fəxri fərmanı ilə təltif edilmişdir. Ailəlidir, 2 övladı var.

Əsgərov Nəbi Yəhya oğlu

 20 iyul 1970-ci ildə Naxçıvan MR Babək rayonunun Qahab kəndində anadan olmuş, 1977-1987-ci illərdə Qahab kənd orta məktəbində təhsil almışdır.
1987-ci ilin iyul ayından 1988-ci ilin dekabr ayınadək Naxçıvan MSSR Kitabsevənlər Cəmiyyətində təlimatçı vəzifəsində işləmişdir.
1988-1990-cı illərdə keçmiş Sovet Ordusunda həqiqi hərbi xidmətdə olmuşdur.
1990-cı ildə Naxçıvan MR DİN Babək Rayon Polis Şöbəsində polis nəfəri kimi xidmətə başlamışdır.
1992-ci ildə Azərbaycan Respublikası DİN-in Polis Akademiyasına qəbul olmuş, 1996-cı ildə həmin akademiyanı “fərqlənmə” diplomu və “polis baş leytenantı” xüsusi rütbəsi ilə bitirərək, “Cinayət və mülki hüquq” kafedrasında müəllim vəzifəsinə təyin edilmişdir.
2003-2008-ci illərdə akademiyanın “Mülki hüquq” kafedrasında baş müəllim, 2008-2009-cu illərdə Elmi-tədqiqat şöbəsinin rəisi, 2009-2012-ci illərdə Elmi-tədqiqat və redaksiya-nəşriyyat şöbəsinin rəisi vəzifələrində xidmət etmişdir.
2012-ci ildən “Mülki hüquq” kafedrasının rəisi vəzifəsində xidmətini davam etdirir. Polis polkovnikidir.
2007-ci ildə “Əmək hüququ üzrə intizam məsuliyyəti” mövzusunda dissertasiya işini müdafiə edərək hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi, 2011-ci ildə isə ona ixtisas üzrə “dosent” elmi adı verilmişdir. Hazırda “Əməyin mühafizəsinin hüquqi problemləri” mövzusunda elmlər doktorluğu dissertasiya işi üzərində çalışır.
1996-cı ildən etibarən hazırki dövrə qədər akademiyada “Mülki hüquq”, “Mülki prosessual hüquq”, “Əmək hüququ” və “Ailə hüququ” fənlərinin tədrisi ilə (mühazirə, seminar, təcrübə məşğələ və s.) məşğul olur, eyni zamanda, təhsil qanunvericiliyinə uyğun olaraq kafedra qarşısında duran vəzifələrin icrasına rəhbərlik edir.
N.Y.Əsgərov tədris edilən fənlər üzrə 12 dərs vəsaitinin, 1 monoqrafiyanın, 1 elmi kommentariyanın, 2 metodik vəsaitin, 18 tədris vəsaitinin (tədris proqramları) və 19 elmi məqalənin müəllifidir (və ya şərikli müəllifidir).
Respublikada keçirilən beynəlxalq və respublika səviyyəli elmi-praktik konfranslarda və digər tədbirlərdə məruzələrlə çıxış etmişdir. Milli Aviasiya Akademiyasında fəaliyyət göstərmiş Dissertasiya Şurası yanıda Elmi seminarın üzvü olmuşdur. BDU-da keçirilən elmi seminarlarda dissertasiya işlərinin və həmçinin aftoreferatların rəyçisi qismində iştirak etmişdir. Azərbaycan Respublikası Prezidenti yanında AAK-ya təqdim olunmuş bir sıra dissertasiya işlərinə ekspert qismində rəylər vermişdir.
Daxili işlər orqanlarında xidmət etdiyi müddət ərzində Azərbaycan Respublikası DİN tərəfindən 1-ci, 2-ci və 3-cü dərəcəli “DİO-da qüsursuz xidmətlərinə görə” medalları, “Əla xidmətlərinə görə” döş nişanı və “Fəxri fərman”la təltif edilmişdir.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən uzun müddətli döyüş əməliyyatlarında iştirak etmişdir. Müharibə veteranıdır.
Ailəlidir, 2 övladı var.
 
Ağayev Səyyad Ağamir oğlu


 1970-ci il yanvarın 2-də Sabirabad rayonun Kovlar kəndində anadan olmuş, 1987-ci ildə Axısxa kənd orta məktəbini bitirmişdir.

1988-1990-cı illərdə həqiqi hərbi xidmətdə olmuşdur.1991-ci ildə Sabirabad RPŞ-də polis nəfəri kimi DİO-da xidmətə başlamışdır. 1992-1993-cü illərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, müharibə veteranıdır. 1993-cü ildə DİN-in Polis Akademiyasına əyani təhsilə qəbul olunmuş, 1997-ci ildə oranı fərqlənmə diplomu və “polis baş leytenantı”xüsusi rütbəsi ilə bitirərək, “Cinayət prosesi” kafedrasına müəllim, 2006-cı ildə baş müəllim və  eyni zamanda “Cinayət prosesi” kafedrasının rəisi vəzifələrini icra etmiş, 2007-ci ildən isə həmin kafedranın rəisi vəzifəsinə təyin edilmişdir. Polis polkovnikidir.
AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun nəzdindəki N.02.103 Dissertasiya Şurasının 23 iyun 2010-cu il tarixdə keçirilən iclasında, 12.00.09 – Cinayət prosesi; kriminalistika və məhkəmə ekspertizası; əməliyyat-axtarış fəaliyyəti ixtisası üzrə “Cinayət mühakimə icraatında şübhəli şəxsin tutulmasının xüsusiyyətləri”  mövzusunda dissertasiya işini müdafiə etmişdir. Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyasının 8 fevral 2012-ci il tarixli qərarı ilə Səyyad Ağamir oğlu Ağayevə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir. Fəaliyyət göstərdiyi müddət ərzində, “Cinayət prosesi”, “DİO-da təhqiqat”, “Məhkəmə hakimiyyəti”, “Prokuror nəzarəti”, “İstintaq orqanlarının idarə edilməsi” fənləri üzrə dərs vəsaitlərinin, tədris proqramlarının, sxemlər albomunun, mühazirələr toplusunun, metodik göstərişlərin, prosessual sənəd nümunələrinin hazırlanmasındamüəllif kimi yaxından iştirak etmişdir.Polis Akademiyasında işlədiyi müddətdə “DİO-da qüsursuz xidmətlərinə görə”medalları ilə təltif edilmişdir. Ailəlidir, 2 övladı var.

Rüstəmov Rəsul İslam oğlu

 1966-cı il fevralın 8-də Qərbi Azərbaycanda, Dərələyəz mahalında anadan olmuş, 1983-cü ildə Qovuşuq kənd orta məktəbini əla qiymətlərlə bitirmişdir.  1984-1987-ci illərdə keçmiş Sovet hərbi dəniz donanmasında 3 il həqiqi hərbi xidmətdə olmuşdur.
1990-cı ildə DİO-da xidmətə başlamışdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, müharibə veteranıdır. 1992-ci ildə DİN-in Polis Akademiyasına qəbul olmuş, 1996-cı ildə həmin Akademiyanı fərqlənmə diplomu və “polis baş leytenantı” xüsusi rütbəsi ilə bitirərək, “Cinayət hüququ” kafedrasında müəllim, 2003-cü ildə isə baş müəllim vəzifəsinə təyin edilmişdir. Polis polkovnikidir.
“Ehtiyatsızlıqdan həyat və sağlamlıq əleyhinə törədilən cinayətlərin cinayət-hüquqi və kriminoloji problemləri” adlı dissertasiya mövzusunu müdafiə etmişdir. Hüquq üzrə fəlsəfə doktorudur.

Fəaliyyət göstərdiyi müddət ərzində R.Rüstəmov tədris edilən fənlər üzrə 1 dərsliyin, 38 dərs vəsaitinin, tədris proqramlarının və mühazirə fondunun hazırlanmasında iştirak etmişdir. 28 elmi məqalənin, 12 elmi tezisin və 2 monaqrafiyanın müəllifidir.Polis Akademiyasında işlədiyi müddət ərzində “DİO-da qüsursuz xidmətlərinə görə” medalları ilə təltif edilmişdir. Ailəlidir, 3 övladı var.
2009-2011-ci illərdə Fəlsəfə və Hüquq İnstitutunun yanında yaradılmış “Dissertasiya Şurası”nda Elmi Seminarın üzvü olmuşdur. 2011-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyasınınhüquq elmləri üzrə ekspert şurasının üzvü olmuş, həmçinin həmin şuranın elmi katibi vəzifəsində fəaliyyət göstərmişdir.


Nəcəfquliyev Rafiq İslam oğlu

 1975-ci ilin  iyunun 27-də Bakı şəhərində anadan olmuş, 1992-ci ildə Abşeron rayon Xırdalan şəhərinin 1№-li orta məktəbini əla qiymətlərlə bitirmişdir. 1994-1997-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 1997-ci ildən DİO-da xidmətə başlamışdır. 1999-cu ildə DİN-in Polis Akademiyasına qəbul olmuş, 2004-cü ildə fərqlənmə diplomu və “polis baş leytenantı” xüsusi rütbəsi ilə bitirərək, “DİO-nun inzibati fəaliyyəti” kafedrasında müəllim, 2008-ci ildən isə həmin kafedranın baş müəllimi vəzifəsində fəaliyyət göstərmişdir. 2018-ci ilin noyabr ayından isə “DİO-nun inzibati fəaliyyəti” kafedrasının rəisi vəzifəsində çalışır. Polis polkovnikidir.
Ukrayna Respublikasının T.Şevçenko adına Kiyev Milli Universitetinin dissertasiya şurasında “Azərbaycan Respublikasında qaçqın və məcburi köçkünlərin inzibati-hüquqi statusu” adlı dissertasiya mövzusunu müdafiə etmişdir. Hüquq üzrə fəlsəfə doktorudur.
Fəaliyyət göstərdiyi müddət ərzində R.Nəcəfquliyev tədris edilən fənlər üzrə 14 dərs vəsaitinin, tədris proqramlarının və mühazirə fondunun hazırlanmasında iştirak etmişdir. 26 elmi məqalənin və 13 elmi tezisin müəllifidir. Polis Akademiyasında işlədiyi müddət ərzində “DİO-da qüsursuz xidmətlərinə görə” medalları və “əla xidmətlərə görə” döş nişanı ilə təltif edilmişdir.  Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Koordinasiya Şurasının üzvüdür.
Ailəlidir, 3 övladı var.

Xalıqov Mahir Eldar oğlu

 1970-ci il oktyabrın 1-də Kürdəmir rayonunun Cəyli kəndində anadan olmuş, 1987-ci ildə Cəyli kənd orta məktəbini bitirmişdir.

1988-90-cı illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 1991-ci ildə Kürdəmir Rayon Polis Şöbəsində polis nəfəri kimi DİO-da xidmətə başlamışdır. 1991-1993-cü illərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, müharibə veteranıdır. 1997-ci ildə DİN-in Polis Akademiyasına qəbul olmuş, 2001-ci ildə oranı fərqlənmə diplomu və “polis baş leytenantı” xüsusi rütbəsi ilə bitirərək, “Dövlət və hüquq nəzəriyyəsi” kafedrasında müəllim, 2003-cü ildə isə baş müəllim vəzifəsinə təyin edilmişdir. Polis polkovnik-leytenantıdır.
Azərbaycan MEA-nın “Fəlsəfə, Sosiologiya və Hüquq” İnstitutunun  “Dövlət və hüquq nəzəriyyəsi, mülki hüquq və mülki proses” şöbəsinin dissertantıdır.
Fəaliyyət göstərdiyi müddət ərzində M.Xalıqov tədris edilən fənlər üzrə dərs vəsaitlərinin, tədris proqramlarının və mühazirə fondunun hazırlanmasında iştirak etmişdir. Polis Akademiyasında işlədiyi müddət ərzində “DİO-da qüsursuz xidmətlərinə görə” medalları və DİN-in fəxri fərmanı ilə təltif edilmişdir. Ailəlidir, 3 övladı var.

Nəsirov Babək Rişad oğlu

 1972-ci il oktyabrın 25-də Şamaxı rayonunun Ovculu kəndində anadan olmuş, 1990-cı ildə Ovculu kənd orta məktəbini bitirmişdir.

1992-1994-cü illərdə həqiqi hərbi xidmətdə olmuş, Azərbaycan Respublikası DİN-in daxili qoşunlarının tərkibində torpaqlarımızın müdafiəsi uğrunda döyüşlərdə iştirak etmişdir, müharibə veteranıdır. 1994-cü ildə DİN-in Polis Akademiyasına qəbul olmuş, 1998-ci ildə oranı fərqlənmə diplomu və “polis baş leytenantı” xüsusi rütbəsi ilə bitirərək, “Dövlət və hüquq nəzəriyyəsi” kafedrasında müəllim, 2003-cü ildə isə baş müəllim vəzifəsinə təyin edilmişdir. Polis polkovnik-leytenantıdır.
Azərbaycan MEA-nın “Fəlsəfə, Sosiologiya və Hüquq” İnstitutunun “Dövlət və hüquq nəzəriyyəsi, mülki hüquq və mülki proses” şöbəsinin dissertantıdır.
Fəaliyyət göstərdiyi müddət ərzində B.Nəsirov tədris edilən fənlər üzrə dərs vəsaitlərinin, tədris proqramlarının və mühazirə fondunun hazırlanmasında iştirak etmişdir. Polis Akademiyasında işlədiyi müddət ərzində “DİO-da qüsursuz xidmətlərinə görə” medalları və DİN-in fəxri fərmanı ilə təltif edilmişdir. Ailəlidir, 2 övladı var.

İsaqov Rasim Mirzə oğlu

 1973-cü il avqustun 19-da Dəvəçi (indiki Şabran) rayonunda anadan olmuş, 1990-cı ildə Dəvəçi rayonu 2№-li orrta məktəbini bitirmişdir.
1991-1994-cü illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 1992-ci ildə Daxili Qoşunların tərkibində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, müharibə veteranıdır. 1994-cü ildə DİN-in Polis Akademiyasına qəbul olmuş, 1998-ci ildə oranı “polis leytenantı” xüsusi rütbəsi ilə bitirərək, “Kriminalistika” kafedrasında tədris-metodiki fənn kabinetinin rəisi vəzifəsində xidməti fəaliyyətə başlamışdır. 2009-2016-cı illərdə DİN-in Polis Akademiyasının “Kriminalistika” kafedrasının müəllimi vəzifəsində xidmət etmişdir. 2016-cı ildə həmin kafedranın baş müəllimi vəzifəsinə təyin edilmişdir. Polis polkovnik-leytenantıdır.
Fəaliyyət göstərdiyi müddət ərzində R.İsaqov tədris edilən fənlər üzrə 9 dərs vəsaitinin, tədris proqramlarının və mühazirə fondunun hazırlanmasında iştirak etmişdir. 5 elmi məqalənin müəllifidir. Polis Akademiyasında işlədiyi müddət ərzində “DİO-da qüsursuz xidmətlərinə görə” medalları ilə təltif edilmişdir. Ailəlidir, 2 övladı var.

Əliyev Fərhad Əflatun oğlu

1980-ci il iyulun 30-da Ağdaş rayonunda anadan olmuş, 1997-ci ildə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 237 saylı orta məktəbi bitirmişdir.
1997-ci ildə DİN-in Polis Akademiyasına qəbul olmuş, 2001-ci ildə oranı “əla” və “yaxşı” qiymətlərlə və “polis leytenantı” xüsusi rütbəsi ilə bitirmişdir. 2009-2010-cu tədris ilində DİN-in Polis Akademiyasının “DİO-da idarəetmənin təşkili və ixtisasartırma” fakültəsində təhsilini davam etdirmişdir.
2001-2003-cü illərdə Bakı şəhəri, Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsində yetkinlik yaşına çatmayanların işləri üzrə inspektor, 2003-2012-ci illərdə DİN-in Polis Akademiyasının Tədris-metodiki şöbəsinin inspektoru, 2012-2017-ci illərdə isə baş inspektoru vəzifələrində xidmət göstərmişdir. 2017-ci ildən həmin şöbənin rəisidir. Polis polkovnikidir.
Polis Akademiyasında işlədiyi müddət ərzində dəfələrlə mükafatlandırılmış, “DİO-da qüsursuz xidmətlərinə görə” medalları və “DİO-da əla xidmətə görə” döş nişanı ilə təltif edilmişdir. Ailəlidir, 2 övladı var.

 


Mikayılov Anar Sərhab oğlu

 1982-ci il iyulun 10-da Ağdam rayonunun Qərvənd kəndində anadan olmuş, 1999-cü ildə Ağdam rayonunun 81 saylı orta məktəbini bitirmişdir.

2000-2002-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 2002-ci ildə DİO-da xidmətə başlamışdır. 2004-cü ildə DİN-in Polis Akademiyasına qəbul olmuş, 2009-cü ildə oranı “əla” və “yaxşı” qiymətlərlə və “polis leytenantı” xüsusi rütbəsi ilə bitirərək, ”Cinayət prosesi” kafedrasında müəllim vəzifəsinə təyin edilmişdir. 2013-cü ildən isə həmin kafedranın baş müəllimi vəzifəsində fəaliyyət göstərir. Polis polkovnik-leytenatıdır. Məhkəmə Ekspertiza Mərkəzinin doktorantıdır.
Fəaliyyət göstərdiyi müddət ərzində A.Mikayılov tədris edilən fənlər üzrə dərs vəsaitlərinin, tədris proqramlarının və mühazirə fondunun hazırlanmasında iştirak etmişdir.
Polis Akademiyasında işlədiyi müddət ərzində “əla xidmətlərə görə” döş nişanı medalı ilə təltif edilmişdir.

Ailəlidir, 3 övladı var.

 

 Eyvazov Hikmət Qismət oğlu

 1969-cu il oktyabrın 11-də Biləsuvar rayonu İsmətli kəndində anadan olmuşdur. 1976-1986-cı illərdə orta məktəbi əla qiymətlərlə bitirmişdir. 1987-1989-cu illərdə hərbi xidmətdə olmuşdur.
1990-cı ildə DİO-da xidmətə başlamış, 1997-ci ilə qədər Biləsuvar RPİ-nin PPX-də bölmə komandiri vəzifəsində çalışmışdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, müharibə veteranıdır. 1997-ci ildə DİN-in Polis Akademiyasına qəbul olmuş, 2001-ci ildə həmin Akademiyanı fərqlənmə diplomu və “polis baş leytenantı” xüsusi rütbəsi ilə bitirərək, “DİO-nun inzibati fəaliyyəti” kafedrasında müəllim vəzifəsinə təyin olunmuşdur. H.Eyvazov 2004-cü ildə həmin kafedraya baş müəllim, 2010-cu ildə dosent, 2013-cü ildə Bakı şəhər BPİ-nin Qaradağ Rayon Polis İdarəsinin rəis müavini, 07.03.2014 - 24.10.2016-cı il tarixlərində DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini vəsifələrində işləmişdir.
31.10.2016-cı il tarixindən DİN-in Polis Akademiyasının Elmi-tədqiqat və redaksiya-nəşriyyat şöbəsinin rəisi vəzifəsində çalışır. Polis polkovnikidir.
DİO-da xidmət illərində 2007-ci ildə DİN-in əmri ilə “DİO-da qüsursuz xidmətə görə (10 il və 15 il)” medalları; 2009-cu ildə “Əla xidmətlərinə görə” döş nişanı; 2011-ci ildə “Usta” məharət dərəcəsi döş nişanı; 2011-ci ildə “DİO-da qüsursuz xidmətə görə (20 il)” 1-ci ali dərəcəli medal ilə təltif olunub.
Azərbaycan Respublikası Prezidentinin 30.06.2016-cı il tarixli 2187 nömrəli Sərəncamı ilə Cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin mühafizəsində, beynəlxalq əhəmiyyətli kütləvi tədbirlər zamanı ictimai təhlükəsizliyin təmin edilməsində və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiyinə görə “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.
“Cinayət mühakimə icraatında ibtidai araşdırma sirri (istintaq sirri)” adlı dissertasiya mövzusunu müdafiə etmişdir. Hüquq üzrə fəlsəfə doktoru və dosentdir.   
Polis Akademiyasında bakalavr pilləsi üçün “DİO-nun inzibati fəaliyyəti” və “Hüquq-mühafizə orqanları”, magistratura pilləsi üçün “İbtidai araşdırma” fənlərini tədris edir.  
Respublika və beynəlxalq səviyyəli (Türkiyə, Rusiya, İspaniya, BƏƏ və digər) elmi və praktiki konfransların, simpoziumların, seminar və dəyirmi masa, habelə təlimlərin (100-ə yaxın) iştirakçısı olmuşdur.
Polis Akademiyasının Elmi Şurasının üzvüdür. ”Polis Akademiyasının elmi xəbərləri” elmi-hüquq jurnalının redaktorudur.
H.Eyvazov    3 dərsliyin “Hüquq-mühafizə orqanları”; “DİO-nun inzibati fəaliyyəti”, “Xarici ölkələrin inzibati hüququ/Rusiyada” (birgə müəllifliklə), 13 dərs vəsaitinin, 15 tədris proqramının, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Kommentariyasının (birgə müəllifliklə), 33 elmi məqalənin (onlardan 4-ü xaricdə dərc olunub),     6 elmi tezisin (onlardan 1-i beynəlxalq konfrans materiallarında dərc olunub), 8 metodik vəsaitin, 1 avtoreferatın və    1 monoqorafiyanın müəllifidir.
Ailəlidir, iki övladı var.

Salmanzadə Nurəddin Kərim oğlu



1975-ci il iyulun 12-də Xocavənd rayonunun Tuğ kəndində anadan olmuş, 1993-cü ildə Bakı şəhəri 183 nömrəli orta məktəbi bitirmişdir. 1993-1997-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, müharibə veteranıdır.
1998-ci ildə polis nəfəri kimi DİO-da xidmətə başlamışdır. 2000-ci ildə DİN-in Polis Akademiyasına qəbul olmuş, 2005-ci ildə “əla” və “yaxşı” qiymətlərlə və “polis leytenantı” xüsusi rütbəsi ilə bitirmişdir. 2005-2007-ci illərdə DİN-in NBPİ-nin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Biləcəri Xətt Polis Şöbəsinin əməliyyat müvəkkili, 2007-2008-ci illərdə DİN-in Polis Akademiyasının Xüsusi Kitabxanasının kitabxanaçısı, 2008-2012-ci illərdə DİN-in Polis Akademiyasının “DİO-nun əməliyyat-axtarış fəaliyyəti” kafedrasının müəllimi vəzifəsində xidmət etmişdir. 2012-ci ildə həmin kafedranın baş müəllimi vəzifəsinə təyin edilmişdir. Polis polkovnik-leytenantıdır.
N.Salmanzadə “DİO-nun əməliyyat-axtarış fəaliyyəti” kafedrasında fəaliyyət göstərdiyi müddət ərzində tədris edilən fənlər üzrə dərs vəsaitlərinin, tədris proqramlarının və mühazirə fondunun hazırlanmasında iştirak etmişdir. Polis Akademiyasında işlədiyi müddət ərzində “DİO-da qüsursuz xidmətlərinə görə” 1-ci, 2-ci və 3-cü dərəcəli medalları ilə təltif edilmişdir. Ailəlidir, 2 övladı var.


Allahvediyev Ələkbər Əli oğlu

 

 1969-cu il fevralın 14-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov kəndində anadan olmuş, Aşağı Buzqov kənd orta məktəbini əla qiymətlərlə bitirmişdir.
1987-1989-cu illərdə hərbi xidmətdə olmuşdur. 1990-cı il iyunun 20-dən Babək rayon Polis Şöbəsində polis nəfəri kimi DİO-da xidmətə başlamışdır. 1990-1993-cü illərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak etmiş və mükafatlandırılmışdır. Müharibə veteranıdır. 1994-cü ildə DİN-in Polis Akademiyasına qəbul olmuş, 1998-ci ildə oranı fərqlənmə diplomu və “baş leytenant” xüsusi rütbəsi ilə bitirərək ”Kriminalistika” kafedrasında müəllim, 2006-cı ildən isə baş müəllim vəzifəsinə təyin edilmişdir. Polis polkovnik-leytenantıdır. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin dissertantıdır.
Fəaliyyət göstərdiyi müddət ərzində Ə. Allahverdiyev tədris edilən fənlər üzrə dərs vəsaitlərinin, tədris proqramlarının, tədris-metodiki vəsaitlərin və mühazirə fondunun hazırlanmasında iştirak etmişdir. Bir çox elmi məqalə və monoqrafiyaların müəllifidir. Polis Akademiyasında işlədiyi müddət ərzində “DİO-da qüsursuz xidmətlərə görə” medalları və DİN-in fəxri fərmanı ilə təltif edilmişdir. Ailəlidir, iki övladı var.

 
Vəliyev Ata Teyyub oğlu

 

 12 fevral 1997-ci ildə Ağdam rayonunun Mahrızlı kəndində anadan olmuş, 2002-2013-cü illərdə R.Məmmədov adına Mahrızlı kənd orta məktəbində təhsil almışdır.
2013-cü ildə Azərbaycan Respublikası DİN-in Polis Akademiyasına qəbul olmuş, 2018-ci ildə əyani təhsil üzrə həmin akademiyanı “əla” və “yaxşı” qiymətlərlə bitirərək “polis leytenantı” xüsusi rütbəsi almışdır.
2018-ci ildə Azərbaycan Respublikası DİN-in Polis Akademiyasının “magistratura” səviyyəsi üzrə təhsilə qəbul olmuş, 2020-ci ildə “Cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası” ixtisaslaşması üzrə magistratura təhsilini “fərqlənmə” diplomu ilə bitirmişdir.
2018-2020-ci illərdə akademiyanın Tədris-metodiki şöbəsinin metodisti, 2021-ci ildən isə “Mülki hüquq” kafedrasının müəllimi vəzifəsində xidmət edir.
Xidmət etdiyi müddətdə respublika səviyyəli elmi-praktik konfranslarda məruzələrlə çıxış etmişdir. Bir sıra məqalə və tezislərin müəllifidir.
Polis baş leytenantıdır. Subaydır.

 

Geriyə | Çap versiyası