“Regional cinayətkarlığın kriminoloji tədqiqinin aktual problemləri” mövzusunda III beynəlxalq elmi-praktik konfrans. DİN-nin Polis Akademiyası 16.10.2015-ci il.
DİN-in Polis Akademiyasının təşkilatçılığı ilə “Regional cinayətkarlığın kriminoloji tədqiqinin aktual problemləri” mövzusunda III beynəlxalq elmi-praktik konfrans keçirilmişdir.

Ölkəmizin, həmçinin Rusiya Federasiyası və Qazaxstan Respublikasının tanınmış hüquqşünas alimlərinin iştirakı ilə keçirilən beynəlxalq elmi-praktik konfransda aşağıdakı istiqamətlər üzrə müzakirələr aparılmışdır:
-Regional cinayətkarlığın tədqiqinin cinayət-hüquqi və kriminoloji problemləri
-Qloballaşma şəraitində cinayətkarlığın kriminoloji tədqiqinin aktual problemləri.
-Regional cinayətkarlığın kriminoloji tədqiqinin müasir modelləri.
-Cinayətkarlığın ayrı-ayrı növlərinin (Yetkinlik yaşına çatmayanların, iqtisadi, zorakı, ekoloji, mütəşəkkil, insan alveri, kiber cinayətkarlıq və s.) beynəlxalq və regional problemləri.
-Sosial-neqativ təzahürlərin cinayətkarlığa təsirinin beynəlxalq və regional problemləri.
-Regional cinayətkarlığın kriminoloji tədqiqinin viktimoloji aspektləri.
-Regional cinayətkarlığın profilaktikasının əsas istiqamətləri.

Məzmulu və maraqlı çıxışlarla və diskussiyalarla yadda qalan konfransın yekununda “Regional cinayətkarlığın kriminoloji tədqiqinin aktual problemləri” mövzusunda III beynəlxalq elmi-praktik konfransın Bəyannaməsi səsləndirildi və adı çəkilən mövzuda keçiriləcək IV beynəlxalq elmi-praktik konfransda müzakirə ediləcək mövzuların dairəsi dəqiqləşdirildi.


