Katiblik
Daxili İşlər Nazirliyi Polis Akademiyasının Katibliyi vətəndaşların qəbulu və müraciətlərinə baxılması, icra intizamına, sənədlərin arxivləşdirilməsinə nəzarət, sənədlərlə işin və elektron kargüzarlığın təşkili, dövlət sirrinin mühafizəsinin və məxfilik rejiminin təmini işlərini həyata keçirən şöbə səlahiyyətli müstəqil struktur qurumdur.
Katiblik Akademiya yarandığı gündən kargüzarlıq xidməti kimi fəaliyyət göstərmişdir. DİN-in 1992-ci il 16 iyun tarixli 334 nömrəli təşkilati-ştat əmrinə əsasən kargüzarlıq xidməti rəis və 16 mülki əməkdaşla fəaliyyət göstərib. 2001-ci ilin dekabr ayında Polis Akademiyasının fəaliyyətinin müasir tələblər baxımından yenidən qurulması, əyani təhsil müddətinin 5 il müəyyən olunması, DİO-da idarəetmənin təşkili, ixtisasartırma və qiyabi təhsil formalarının yaradılması ilə əlaqədar olaraq Polis Akademiyasının ştatlarında müvafiq dəyişikliklərin edilməsi zəruriliyi yarandı. Dəftərxana “Katiblik” adlandırılaraq onun rəisinə «baş inspektor» səlahiyyəti verildi və 2 nəfər kiçik inspektor (sıravi), 13 nəfər operator (sıravi) vəzifələri təsdiq olundu.
Xidməti zərurətlə əlaqədar daxil olmuş təklifləri nəzərə alaraq, 2006-cı ilin 2 fevral tarixində Akademiyanın Katibliyinə “bölmə”, DİN-in 2018-ci il 30 may tarixli Ə430-001-18 nömrəli təşkilati-ştat əmrinə əsasən isə “şöbə” səlahiyyəti verildi.
Katiblik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Daxili İşlər Nazirliyinin normativ hüquqi aktlarını, Kollegiya qərarlarını, Polis Akademiyasının Nizamnaməsini, Elmi Şuranın qərarlarını, Polis Akademiyası rəisinin əmr və göstərişlərini rəhbər tutur.
Katibliyin xidməti fəaliyyətinin təşkilati əsasını Polis Akademiyasının və bilavasitə Katibliyin iş planları, digər məqsədli planlar və proqramlar təşkil edir.
Katiblik bilavasitə Akademiyanın rəisinə tabedir və onun qarşısında rübdə bir dəfə hesabat verir.
Katiblik üzərində Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri və öz adı həkk olunmuş möhürə və müvafiq ştamplara malikdir.

Katiblik aşağıdakı funksiyaları həyata keçirir:
- Polis Akademiyasına daxil olan vətəndaşların müraciətlərinə, habelə Akademiyanın elektron poçtu vasitəsilə daxil olan elektron müraciətlərə müəyyən olunmuş qaydada baxılmasını təmin edir;
- Dövlət orqanlarından və müxtəlif orqanlardan daxil olan sənədlərin qəbulunu, elektron qeydiyyatının aparılmasını və Akademiya rəhbərliyinə məruzə edilməsini təmin edir;
- Yuxarı dövlət orqanlarından Akademiyaya daxil olan, habelə rəhbərlik tərəfindən imzalanan əmr və göstərişlərin elektron qeydiyyatını aparır və icra olunması üçün aidiyyəti xidmətlərə çatdırır;
- Elmi-praktiki konfranslar, əməliyyat müşavirələrinin təşkili və keçirilməsi, həmçinin müzakirə olunan məsələlər üzrə verilən ayrı-ayrı tapşırıqların, eləcə də Elmi Şura qərarlarının icrasına nəzarətin həyata keçirilməsi və nəticələrinin Akademiya rəisinə məruzə olunmasını təmin edir;
- Elektron sənəd dövriyyəsi və məxfilik rejimi üzrə kargüzarlıq işinin təhlili və ümumiləşdirilməsini təmin edir;
- Polis Akademiyasında vətəndaşların qəbulu və videoqəbulu, onların təklif, ərizə və şikayətlərinə baxılması sahəsində görülən işlərin vəziyyətini öyrənir;
- Polis Akademiyasında və onun struktur xidmətlərində normativ hüquqi aktların və digər sənədlərin inventarlaşdırılması vəziyyətini öyrənir;
- Polis Akademiyasının möhür və ştamplarının qorunub saxlanmasını təmin edir.
- Daxil olmuş sənədləri, hüquqi aktları, vətəndaş müraciətlərini müəyyən olunmuş qaydada Akademiya rəhbərliyinə məruzə edir;
- Polis Akademiyasının rəhbərliyi tərəfindən imzalanmış sənədlərin və vətəndaş müraciətlərinin, habelə Akademiyaya ünvanlanmış, lakin Polis Akademiyasının səlahiyyətlərinə aid olmayan məsələlərə dair sənəd və müraciətlərin aidiyyəti üzrə göndərilməsini təmin edir;
- Polis Akademiyasında, onun tabeliyindəki kafedra, şöbə və bölmələrdə məxfilik rejiminə və konspirasiya qaydalarına əməl olunması üzrə nəzarətin həyata keçirilməsini təmin edir;
- Polis Akademiyasında kargüzarlığın (o cümlədən elektron kargüzarlığın) aparılması vəziyyətini ümumiləşdirərək təhlil edir və statistik hesabatlar hazırlayır;
- Saxlama müddəti bitmiş sənədlərin müvafiq qaydada məhv edilməsini və uzun müddətli saxlanan sənədlərin DİN-in mərkəzi arxivinə təhvil verilməsi işini təşkil edir;
- Polis Akademiyasının rəhbərliyinin tapşırığı əsasında Katibliyin fəaliyyəti ilə bağlı digər vəzifələri yerinə yetirir.
Katibliyin ştat sayı Polis Akademiyasının ştat cədvəlinə uyğun olaraq Akademiya rəisinin təklif və təqdimatına əsasən Daxili İşlər Naziri tərəfindən təsdiq olunur. DİN-in “Təşkilati-ştat məsələlərinə dair” 2020-ci il 3 dekabr tarixli Ə958-001-20 nömrəli əmrinə əsasən Katibliyə 1 inspektor vəzifəsi verilmiş, 8 operator vəzifəsi ixtisar edilmişdir.
Katibliyin rəisi böyük rəis heyətinə aid olduğundan müvafiq təlimata uyğun olaraq DİN rəhbərliyi tərəfindən vəzifəyə təyin və azad edilir.
Hazırda Katiblikdə rəis, 1 inspektor, 1 kiçik inspektor, 2 operator çalışır.
Akademiyanın ictimai işlərində və mühüm tədbirlərində fəal iştirak edən Katiblik əməkdaşları daim DİN və Akademiya rəhbərliyinin diqqət mərkəzində olmaqla müxtəlif mükafatlara layiq görülmüşdür.
Katiblikdə ölkə başçısının Fərman və Sərəncamları, Nazirlər Kabinetinin qərarları, DİN-in əmr və göstərişlərinin icra vəziyyəti ciddi nəzarətdə saxlanılır və mütəmadi olaraq rəhbərlik yanında müzakirəyə çıxarılır.
Polis Akademiyasının Katibliyində xidməti sənədlər, tərtib olunmuş müvafiq hesabat formaları, araşdırmaların nəticəsinə dair materiallar və müxtəlif sorğular vahid mərkəzləşdirilmiş elektron sistem üzrə ötürülür və qəbul edilir.
Katiblikdə icra intizamına nəzarət, vətəndaşların müraciətlərinə baxılması və qəbulu, kargüzarlıq xidmətinin təşkili və icrasının müəyyən olunmuş müddətlərdə başa çatdırılması işi daim nəzarətdə saxlanılır.