Maliyyə-plan şöbəsi

Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Maliyyə-plan şöbəsi Akademiyanın daimi və dəyişkən əməkdaşlarının, mülki işçilərinin əmək haqlarının, təhsil alan tələbələrin təqaüdlərinin hesablanıb ödənilməsini, büdcə proqnozu layihələrinin hazırlanması üçün tələb olunan hesablamaların və büdcə prosesinin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması işlərini həyata keçirir.



Maliyyə-plan şöbəsinin əsas fəaliyyət planına hər il dövlət büdcəsindən ayrılan maliyyə vəsaitinin və büdcədənkənar gəlir və xərclər smetası üzrə daxil olan maliyyə vəsaitinin Azərbaycan Respublikası Vahid Büdcə Təsnifatının büdcə xərclərinin iqtisadi təsnifatının müvafiq bölmə, paraqraf, maddə və yarımmaddələri üzrə qənaətlə istifadə olunması və ödənişlərin həyata keçirilməsi daxildir.

DİN-in ştat cədvəlinə uyğun olaraq Akademiyanın Maliyyə-plan şöbəsində 9 nəfər  əməkdaş fəaliyyət göstərir. Bunlardan iki nəfər böyük və orta rəis heyəti üzrə – şöbə rəisi və inspektor, 7 nəfər isə sıravi və kiçik rəis heyəti üzrə mühasib vəzifəsində xidmət edir.

DİN-in Polis Akademiyasının Maliyyə-plan şöbəsində mühasibat uçotu Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin tələblərinə uyğun təşkil edilir.


Geriyə | Çap versiyası