Cinayət hüququ

Kafedra barədə ümumi məlumat

Polis Akademiyasında fəaliyyət göstərən kafedralardan biri də “Cinayət hüququ“ kafedrasıdır. Polis Akademiyasınıda cinayət  hüququnun öyrənilməsininPolis Akademiyasında fəaliyyət göstərən kafedralardan biri də “Cinayət hüququ“ kafedrasıdır. Polis Akademiyasında cinayət hüququnun öyrənilməsinin əsas məqsədi müdavim və dinləyicilərə cinayət hüququnun institutları barədə nəzəri bilikləri dərindən öyrətmək, ictimai təhlükəli əməlin ictimai münasibətlərə ziyan yetirən xüsusiyyətlərini dəqiq müəyyən etməklə əməli düzgün tövsif etmək vərdişlərini aşılamaq, eləcə də ölkədə ədalət mühakiməsinin vahid qaydada həyata keçirilməsi üçün cinayət qanununa peşəkarcasına yanaşma tərbiyə etməkdir. Çünki, cinayətlərin və digər hüquqpozmaların qarşısının alınması və açılması polis əməkdaşlarının əsas fəaliyyət istiqamətlərindən biri olduğundan, bu istiqamətdə səmərəli fəaliyyət göstərmək üçün əməkdaşlarımızdan cinayət hüququ sahəsində mükəmməl biliklərə malik olmaları tələb edilir.


Kafedrada tədris olunan fənlər
•    Cinayət hüququ.
•    Cəza-icra hüququ.
•    Ekologiya hüququ.
•    Maliyyə hüququ.


Kafedrada aparılan elmi işlərin istiqamətləri

•    “Başa çatmayan cinayətlərə görə məsuliyyətin diferensiasiyası və cəzanın fərdiləşdirilməsi” (İ.F.Məmmədli).
•    “Ehtiyatsızlıqdan həyat və sağlamlıq əleyhinə törədilən cinayətlərin cinayət-hüquqi və kriminoloji problemləri. Cinayət Məcəlləsinin Ümumi hissə normalarının təhkimləşdirilməsi problemləri” (R.İ.Rüstəmov).


Kafedranın əməkdaşlıq etdiyi sahələr

Kafedranın əməkdaşlıq etdiyi idarə, təşkilat və müəssisələr:
•    DİN-in Baş İdarələri.
•    Azərbaycan Respublikası Təhsil Nazirliyinin idarələri.
•    Ədliyyə Nazirliyinin Penitensiar xidməti.
•    Azərbaycan Respublikasının Ali Məhkəməsi.
•    Azərbaycan Respublikası Baş Prokurorluğunun Tədris Mərkəzi.
•    Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası.
•    Bakı Dövlət Universiteti.
•    Milli Aviasiya Akademiyası.
•    AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu.
•    Ukrayna DİN-in Odessa Dövlət Universitetinin “Cinayət hüququ” kafedrası.
•    Ukrayna DİN-in Odessa Dövlət Universitetinin “Cinayət hüququ və kriminologiya” kafedrası.
•    Rusiya DİN-in Kalininqrad hüquq institutunun “Cinayət hüququ” kafedrası.


Kafedranın aparıcı mütəxəssisləri

Hazırda “Cinayət hüququ“ kafedrasında 3 əməkdaş xidmət göstərir:
•    İmrəli Fətiyalı oğlu Məmmədli – kafedranın rəisi, polis polkovniki, hüquq üzrə fəlsəfə doktoru, dosent.
•    Rəsul İslam oğlu Rüstəmov – kafedranın baş müəllimi, polis polkovniki, hüquq üzrə fəlsəfə doktoru.
•    Şamxal Şahin oğlu Kərimov – kafedranın müəllimi, polis polkovnik-leytenantı.



Əlaqələr
Əlaqə telefonu: (012) 454-30-58
E-poçt: ch@pa.edu.az
Geriyə | Çap versiyası