xəbərlər

Polis Akademiyasının I kurs müdavimi Tural Rüstəmovun daha bir uğuru

25.05.2011

 21-22.05.2011-ci il tarixlərdə Ukrayna Respublikasının Dnipropetrovsk şəhərində xüsusi təyinatlılar arasında keçirilən Əlbəyaxa döyüş üzrə dünya çempionatında 12 ölkə iştirak etmişdir. Gərgin mübarizə nəticəsində akademiyanın əyani fakültəsinin I kurs müdavimi, polis serjantı Tural Həsən oğlu Rüstəmov 1-ci yerə layiq görülmüş, müvafiq diplom və medal ilə təltif edilmişdir.
Geriyə | Çap versiyası