xəbərlər

DİN-in Polis Akademiyasında "28 may–Respublika günü" qeyd edilmişdir

27.05.2011

 Şərq və islam tarixinə ilk demokratik dövlət kimi daxil olan Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin 1918-ci ilin may aynın 28-də elan edilməsi xalqımızın yüzillər boyu apardığı azadlıq mübarizəsinin şanlı qələbəsi idi. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq demokratik dövlətə mənsub olan bütün atributları özündə birləşdirmiş bu dövlət sülhsevər xarici siyasət xətti irəli sürmüşdür. Yaranmasının 93-cü ildönümü qeyd olunan Xalq Cümhuriyyətinin tariximizdəki rolu əvəzsizdir.
 
Respublika günü  ilə əlaqədar Polis Akademiyasında bir sıra tədbirlər həyata keçirilmişdir. Klubda, ümumi kitabxanada və kursların divar qəzetlərində «28 may – Respublika günü»nə həsr olunmuş məqalələr dərc olunmuş, müdavim heyəti ilə həmin hadisələr barədə ətraflı söhbətlər aparılmışdır.

27.05.2011-ci il tarixdə «28 may – Respublika günü» ilə əlaqədar DİN-in Polis Akademiyasında Tarix muzeyinin əməkdaşı Aqil Əhmədovun iştirakı ilə tədbir keçirilmişdir. İlk öncə bütün varlığı ilə Vətəni Azərbaycana, xalqına bağlı olan, onun müstəqilliyi yolunda fədakarlıq göstərən ümummilli lider, ulu öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər qoyulmuş, xatirə fotoşəkilləri çəkilmişdi. Klubda davam edən tədbiri açıq elan etmiş Polis Akademiyasının rəis müavini, polis polkovniki Qabil Zamanov ümummilli lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların, həmçinin xidməti tapşırıqları yerinə yetirərkən həlak olan polis əməkdaşlarının xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini elan edilmişdir.
 
 Öz çıxışında A.Əhmədov Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi və fəaliyyəti, beynəlxalq aləmdə tanıtdırılması istiqamətdə görülmüş işlər, Azərbaycan xalqının düşmənləri tərəfindən onun süqutu yönəlmiş səylər barədə ətraflı çıxış etmiş, şəxsi heyəti maraqlandıran sualları cavablandırmışlar.
Tədbirin sonunda videoçarx nümayiş etdirilmişdir.
Geriyə | Çap versiyası