xəbərlər
Balakən rayonunda Polis Akademiyasında təhsil almaq arzusunda olan şagirdlər üçün xüsusi təyinatlı sinif yaradılır
11.07.2024
08-10 iyul 2024-cü il tarixlərində tədris göstəriciləri, dünyagörüşü və fiziki hazırlıq səviyyəsi ilə fərqlənən, ilkin olaraq daxili işlər orqanlarında xidmətə və təhsilə yararlı X sinif şagirdlərindən ibarət xüsusi təyinatlı sinfin yaradılması məqsədilə Balakən rayonunun müxtəlif məktəblərində təhsil alan X sinif şagirdləri və valideynlər ilə görüş keçirilib. Görüşdə həmçinin Balakən rayon Polis Şöbəsinin rəhbərliyi, Balakən rayon Təhsil Şöbəsinin müdiri və İcra Hakimiyyətinin başçısının müavini də iştirak edib.
Polis Akademiyasında təhsil almaq arzusunda olan şagirdlərin xüsusi fənlər üzrə hazırlanması məqsədilə fəaliyyət göstərəcək xüsusi təyinatlı sinfin Balakən rayon Nizami adına 1 nömrəli tam orta məktəbdə yaradılması nəzərdə tutulub.
Görüşdə tədbir iştirakçılarına 100 illik şanlı tarixə malik təhsil müəssisəmizdə həyata keçirilən təlim-tədris prosesi, xüsusi təyinatlı ali təhsil müəssisəsi olan Polis Akademiyasında ali hüquq təhsili almağın üstünlükləri və Akademiyaya qəbul qaydaları barədə ətraflı məlumat verilib. Sonda onları maraqlandıran suallar cavablandırılıb və xatirə şəkilləri çəkdirilib.
Respublikanın bir sıra rayonlarında xüsusi təyinatlı siniflərin yaradılması üçün görülən işlər davam etdirilir.