xəbərlər

Polis Akademiyasına dəvət olunmuş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi ilə kursantlar arasında görüş keçirilib

11.07.2024

11 iyul 2024-cü il tarixində DİN-in Polis Akademiyasında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi, hüquq üzrə elmlər doktoru Ceyhun Qaracayev ilə III və IV kurs kursantları arasında görüş keçirilib.  

İlk olaraq Polis Akademiyası rəisinin birinci müavini, polis polkovniki Vüqar Mansurov tədbir iştirakçılarını salamlayıb və görüşün keçirilməsinin  əsas məqsədinin  kursantların əldə etdikləri nəzəri biliklərin təcrübi bacarıq və vərdişlərlə bağlılığının təmin olunması, insan hüquq və azadlıqlarının  etibarlı təminatçısına çevrilmiş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin əhəmiyyəti haqqında  kursantlara daha geniş məlumatların çatdırılması olduğunu bildirib.

Sonra Ceyhun Qaracayevin  konstitusiya nəzarəti orqanı  kimi  Konstitusiya  Məhkəməsinin yaranmasını zəruri edən şərtlər, dövlət hakimiyyəti sistemindəki yeri, insan hüquq və azadlıqlarının müdafiəsi, pozulmuş hüquq və azadlıqların səmərəli şəkildə bərpa edilməsi sahəsində rolu, eləcə də hüquq-mühafizə fəaliyyətində rast gəlinən aktual məsələlərlə bağlı çıxışı kursantlar tərəfindən maraqla dinlənilib.
 
Görüşün sonunda mövzu ətrafında müzakirələr aparılıb və kursantları maraqlandıran suallar cavablandırılıb.
 
 
 
 
 
 

Geriyə | Çap versiyası