xəbərlər
Polis Akademiyası tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” və 2024 çərçivəsində ağac əkmə aksiyası keçirilib
28.09.2024
DİN-in Polis Akademiyasında ənənəvi olaraq hər il keçirilən ağacəkmə aksiyası bu il xüsusi olaraq 28 sentyabr 2024-cü il tarixində DİN-in Polis Akademiyasının yaranmasının 103-cü ildönümü, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyasının COP29-un ölkəmizdə təşkil olunması çərçivəsində həyata keçirilib.
Polis Akademiyasının rəisi, polis general-mayoru Canpolad Daanovun təşəbbüsü ilə Akademiyanın yardımçı təsərrüfat sahəsində 103 ədəd zeytun ağacı əkilib. Eyni zamanda abadlıq işləri aparılaraq ağacların dibi yumşaldılıb və yaşıllıqlara aqrotexniki qulluq göstərilib.
Aksiyanın keçirilməsində məqsəd ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir. Kursantlarla birlikdə ağac əkən Akademiya rəisi belə aksiyaların gələcəkdə ənənəvi olaraq davamlı olacağını, daha mütəşəkkil və əhatəli şəkildə həyata keçiriləcəyini bildirib.
Akademiyada bu cür aksiyalar mütəmadi olaraq təşkil edilir, ətraf mühitin mühafizəsinin vacibliyi insanların, xüsusilə kursantların diqqətinə çatdırılır. Müəllimlərimiz daim kursantları ekoloji problemlərə qarşı mübarizəyə səsləyir, müxtəlif maarifləndirici proqramlara qoşularaq ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəldirlər.