xəbərlər

Əziz müəllimlər, peşə bayramınız mübarək!

05.10.2024

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllim adını şərəflə daşıyan, müəllimlik missiyasını vicdanla yerinə yetirən müəllimlərimizi təbrik edirik.

Ulu Öndər Heydər Əliyev “Mən Yer üzündə müəllimdən yüksək ad tanımıram” söyləməklə cəmiyyətin qurucusu, milli-mənəvi dəyərlərə sadiq vətəndaşları yetişdirən müəllimləri yüksək qiymətləndirmişdir.  
Bu gün Polis Akademiyasının professor-müəllim heyətinin gərgin əməyi nəticəsində vətənpərvərliyi və digər mənəvi keyfiyyətləri ilə seçilən, yeni çağırışlara adekvat cavab verən, qarşıdakı hədəflərə çatmaq üçün müasir dünyagörüşünə malik polis zabit kadrları yetişir.

Hazırda Akademiyada 100-dən çox müəllim çalışır ki, onlardan 15 nəfərindən çoxu fəlsəfə doktoru, 10 nəfərindən çoxu isə dosent elmi adı daşıyır. Akademiyanın elmi-pedaqoji potensialının yüksəldilməsində magistratura və doktorantura təhsili üzrə kadr hazırlığının əhəmiyyəti böyükdür. Elmlər doktorluğu proqramı üzərində 5 nəfər, fəlsəfə doktorluğu proqramı üzrə isə 21 nəfər çalışır ki, onlardan 10-u Akademiyanın doktorant və dissertantlarıdır.

Hörmətli müəllimlər, Sizə fədakar əməyinizə görə təşəkkür edir, şərəfli və məsuliyyətli fəaliyyətinizdə uğurlar arzulayırıq.
 

Geriyə | Çap versiyası