xəbərlər

Bədii yaradıcılıq müsabiqə-festivalında iştirak edən Polis Akademiyasının kursantları Fəxri Fərman və hədiyyələrlə mükafatlandırılıblar

04.10.2024

2024-cü ilin mart-may aylarında Elm və Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə qərarı əsasında ali təhsil müəssisələrinin tələbələri arasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş 3 (üç) mərhələli bədii yaradıcılıq müsabiqə-festivalının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Tədbirdə 19 nominasiya üzrə və 26 ali təhsil müəssisəsindən qatılmış 3000 nəfərdən çox iştirakçı arasından Akademiyanı V kurs kursantları layiqincə təmsil ediblər. Bununla əlaqədar olaraq, 04 oktyabr 2024-cü il tarixində keçirilən mükafatlandırılma mərasimində V kurs kursantları Manaf Gülmalıyev “aşıq müsiqisi”, Güloğlan İsmayılov isə “bədii qiraət” (klassik) nominasiyaları üzrə 2-ci yerə layiq görülərək Elm və Təhsil Nazirinin müavini Firudin Qurbanov tərəfindən Fəxri Fərman və hədiyyələrlə təltif olunublar.

 
 
 

Geriyə | Çap versiyası