xəbərlər

Polis Akademiyasının ölkəmizin bir sıra şəhər, rayon və kəndlərində məktəb şagirdləri ilə görüşləri davam edir

29.10.2024

 “Gənclərin Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviq edilməsinə dair Tədbirlər Planı”na uyğun olaraq, respublikamızın müxtəlif bölgələrində təbliğat-təşviqat xarakterli silsilə tədbirlərin keçirilməsi davam etdirilir. Davamlı şəkildə keçirilən tədbirlər çərçivəsində Bakı şəhərinin müxtəlif məktəbləri, habelə respublikamızın Qusar, Gəncə, Mingəçevir, Şəmkir, Yevlax, Ağdam, Salyan, Şamaxı və Zaqatala rayonlarındakı məktəb müəllimləri, IX-X-XI sinif şagirdləri və onların valideynləri ilə bir sıra məlumatlandırıcı görüşlər keçirilib.

 Akademiyanın əməkdaşları tərəfindən 100 illik şanlı tarixə malik təhsil müəssisəmizdə həyata keçirilən təlim-tədris prosesi, təhsil aldığı müddət ərzində dövlət hesabına qidalanma, geyim, yataqxana və tədris resursları istifadə olunan müasir təhsil texnologiyaları, eləcə də daxili işlər orqanlarında xidmətin üstünlüyü, yeniyetmələrdə vətənpərvərlik hissinin daha da yüksəldilməsi istiqamətində maarifləndirici söhbətlər aparılıb. Polis Akademiyasında ali hüquq təhsili almağın üstünlükləri, eyni zamanda Akademiyaya “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə də qəbulun qaydaları barədə ətraflı məlumat verilib. Həmçinin şagirdlərə Akademiyanın fəaliyyətini özündə əks etdirən videoçarx nümayiş etdirilib, lifletlər paylanılıb, şagirdlərin sualları cavablandırılıb və xatirə fotoşəkilləri çəkdirilib.                                                 
 
 
 
 
 
 
 

 
 
Geriyə | Çap versiyası