xəbərlər
Polis Akademiyasında keçirilən növbəti mühazirə dərsində qonaq qismində Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin professoru iştirak edib
06.11.2024
Polis Akademiyasında nəzəriyyə ilə təcrübənin vəhdəti prinsipinə əsaslanaraq kursantlar arasında elmi yaradıcılığın müxtəlif formalarının təbliğ edilməsi, nəzəri biliklərinin möhkəmləndirilməsi və təcrübədə tətbiq etmə bacarığının inkişaf etdirilməsini təmin etmək məqsədilə Akademiyaya dəvət olunmuş elm adamları, hüquqşünaslar və təcrübəli mütəxəssislərin iştirakı ilə keçirilən silsilə mühazirə dərsləri davam etdirilir.
06 noyabr 2024-cü il tarixində “Dövlət və hüquq nəzəriyyəsi” kafedrasında tədris olunan “Azərbaycanın hüquq tarixi” fənni üzrə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin “Dövlət və hüquq nəzəriyyəsi və tarixi” kafedrasının professoru, hüquq elmləri doktoru Xəyyam İsmayılov “Azərbaycan Xalq Cümhuriyyətinin hüquq tarixi” mövzusu üzrə mühazirə dərsində iştirak edib.
Mühazirə zamanı qonaq tərəfindən XX əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətində hüququn mənbələri və xarakterik cəhətləri, bütövlükdə hüquq sistemi, demokratik milli dövlətin təşəkkülü, dünyəvi dəyərlərə əsaslanan idarəetmə və hüquq sisteminin formalaşması və inkişafı, ayrı-ayrı hüquq sahələri və qanunvericilik aktlarının məzmunu barədə kursantlara geniş məlumatlar çatdırılıb.
İnteraktiv təlim metodları ilə keçən mühazirə dərsi kursantlar tərəfindən böyük maraqla qarşılanıb. Onları maraqlandıran suallar qonaqlar tərəfindən cavablandırılıb və mövzular ətrafında müzakirələr aparılıb.