xəbərlər
Polis Akademiyasının kursantları “Zəfər” günü münasibətilə Hərbi Qənimətlər Parkını ziyarət ediblər
06.11.2024
06 noyabr 2024-cü il tarixində “Zəfər” günü münasibətilə Polis Akademiyasının Hüquq fakültəsinin I kurs kursantları “Hərbi Qənimətlər” parkını ziyarət edərək 44 günlük Vətən müharibəsi zamanı düşməndən qənimət götürülən müxtəlif hərbi texnikalarla tanış olublar.
Azərbaycan Silahlı Qüvvələrinin İkinci Qarabağ müharibəsində qazandığı qələbə münasibətilə qurulan parkda kursantlar “Vətən müharibəsi”nin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi - tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar və hərbi nəqliyyatlara, həmçinin düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İskəndər-M” raketinin qalıqlarına, döyüş mövqeyində atıcı, pulemyotçu, qumbaraatan səngərlərinə və uzunmüddətli atəş nöqtələrinə baxış keçiriblər. Parkdakı eksponatların arasında kursantlar Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdükləri 2 mindən çox avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiyaya da baxıblar.
Hərbi Qənimətlər Parkı gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində böyük önəm kəsb edir. Bu park gələcək nəsillərin tariximizi daha yaxından öyrənməsinə imkan verəcək.