xəbərlər
Polis Akademiyasında keçirilmiş “Açıq qapı” tədbirinin növbəti qonağı Bakı Avropa Liseyinin şagirdləri olub
07.11.2024
Qonaqlar Akademiyada yaradılmış təhsil mühiti, o cümlədən tədris korpusları, kriminalistik şəhərciyi, mühazirə zalları, “İnformasiya təhlükəsizliyi” fakültəsinin ən müasir texniki avadanlıqlarla təchiz olunmuş elmi-tədqiqat laboratoriyası, təlim mərkəzi, auditoriyalar, elektron kitabxana, kursant yeməkxanası, qapalı atıcılıq tiri və krossfit meydançası ilə tanış olublar.
Şagirdlərə Polis Akademiyasının tarixi, kursantların maddi, sosial təminatları və Akademiyada təhsilin üstünlükləri barədə geniş məlumatlar verilib, həmçinin rəsmi saytda yerləşdirilmiş “Virtual Akademiya” platformasından istifadə edərək tədris müəssisəsi ilə tanış olmaq imkanı da onların diqqətinə çatdırılıb.
Sonda şagirdlərə Polis Akademiyası haqqında məlumatları özündə əks etdirən lifletlər paylanılıb, onları maraqlandıran suallar cavablandırılıb və xatirə şəkilləri çəkdirilib.