xəbərlər
DİN-in Polis Akademiyasında keyfiyyətli təhsilin verilməsinə zəmin yaradan maddi-texniki baza Bakı məktəblilərinin marağındadır
27.11.2024
27 noyabr 2024-cü il tarixdə İlyas Əfəndiyev adına Elitar Gimnaziyada təhsil alan X-XI sinif şagirdləri Polis Akademiyasında keçirilmiş növbəti “Açıq qapı” tədbirinin qonağı olmuşdur.
Məktəblilər Akademiyanın maddi-texniki bazası, o cümlədən tədris korpusları, kriminalistik təlim şəhərciyi, mühazirə zalları, “İnformasiya təhlükəsizliyi” fakültəsinin ən müasir texniki avadanlıqlarla təchiz olunmuş elmi-tədqiqat laboratoriyası, təlim mərkəzi, auditoriyalar, kursant yeməkxanası və qapalı atıcılıq tiri ilə tanış olmuşlar.
Şagirdlərə Polis Akademiyasının tarixi, kursantların maddi, sosial təminatları və akademiyada təhsilin üstünlükləri barədə geniş məlumatlar verilmiş, həmçinin, rəsmi saytda yerləşdirilmiş “Virtual Akademiya” platformasından istifadə edərək tədris müəssisəsi ilə tanış olmaq imkanı da onların nəzərlərinə çatdırılmışdır.
Qonaqlara Polis Akademiyası barədə ətraflı məlumatlar yerləşdirilmiş lifletlər paylanılmış, xatirə şəkli çəkilmişdir.