xəbərlər
Polis Akademiyasının əməkdaşı Rusiya Federasiyası DİN-in Krasnodar hüquq institutunun təşkilatçılığı ilə keçirilən "Hüquq elminin aktual problemləri” mövzusunda videokonfrans formatında beynəlxalq konfransda iştirak edib
27.11.2024
27 noyabr 2024-cü il tarixdə Rusiya Federasiyası DİN-in Krasnodar hüquq institutunun təşkilatçılığı ilə "Hüquq elminin aktual problemləri” mövzusunda videokonfrans formatında beynəlxalq konfrans keçirilib.
Rusiya Daxili İşlər Nazirliyinin Krasnodar hüquq institutunun rəhbərliyi, professor-müəllim heyətinin, Tacikistan, Kazaxstan, Belarus Respublikasının və Rusiya Daxili İşlər Nazirliyinin bir sıra digər ali təhsil müəssisələrinin nümayəndələrinin və iştirakçılarının yer aldığı konfransda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Cinayət prosesi kafedrasının baş müəllimi, polis polkovnik-leytenantı Rafik Quliyev iştirak edib.
Konfransda "Hüquq elminin aktual problemləri” mövzusunda konfrans iştirakçıların çıxışları və fikirləri dinlənilmiş, bir sıra dövlətlərin qanunvericiliyində terrorçuluq, iqtisadi sahədə törədilən cinayətlər, məişət zorakılığı və hüququn digər mövcud olan problemləri qaldırılmış, onların ətrafında fikir mübadiləsi aparılıb.
Ümumilikdə tədbir səmərəli və işgüzar şəkildə baş tutub.