xəbərlər
Polis Akademiyasında “Əməliyyat-taktiki təlim” keçirilib
24.12.2024
16-24 dekabr 2024-cü il tarixlərində Daxili İşlər Nazirliyinin Polis Akademiyasında əyani fakültənin 5-ci kurs kursantları ilə “Əməliyyat-taktiki təlim” keçirilib. Təlimin əsas məqsədi kursantların ixtisas fənləri üzrə nəzəri biliklərini möhkəmləndirmək, dərinləşdirmək və onlarda peşə vərdişləri ilə praktiki bacarıqlar formalaşdırmaq olub.
Təlim “Rayon Polis Şöbəsi” tədris modulunda və kriminalistik şəhərcikdə təşkil edilib. Yüksək real vəziyyətə uyğunlaşdırılmış simulyativ şəraitdə kursantlar naməlum vəziyyətlərdə baş vermiş cinayətlər üzrə ilkin yoxlama tədbirlərini, cinayət işinin başlanmasını, istintaq hərəkətlərini və əməliyyat-axtarış tədbirlərini həyata keçiriblər. Proses zamanı polis orqanına müraciətlərin rəsmiləşdirilməsi, hadisə yerinə əməliyyat-istintaq qrupunun göndərilməsi, xidmətlər arasında qarşılıqlı əlaqənin qurulması və şübhəli şəxsin tutulması kimi simulyativ hərəkətlər də icra edilib.
Təlimin yüksək keyfiyyətlə təşkili üçün Tədris-metodiki şöbənin və müvafiq kafedraların əməkdaşlarından ibarət qərargah yaradılıb. Təlim nəticəsində kursantların cinayət-axtarış və istintaq işləri üzrə hazırlıqları qiymətləndirilib, əldə olunan nəticələr təhlil olunub. Bu təlim kursantların gələcəkdə peşəkar fəaliyyətdə qarşılaşacaqları vəziyyətlərə hazırlığını artırmaq üçün əhəmiyyətli addım olmuşdur.