xəbərlər

Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Heydər Əliyev dühası-gənclərin gözü ilə” adlı esse yazı müsabiqəsi keçirilib

25.12.2024

25 dekabr 2024-cü il tarixində Polis Akademiyasında Dil hazırlığı kafedrasının təşkilatçılığı ilə Akademiyanın I kurs kursantları arasında ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Heydər Əliyev dühası-gənclərin gözü ilə” adlı esse yazı müsabiqəsi keçirilib.

Azəbaycanın müasir dövrünün memarı Heydər Əliyevin siyasi irsinin gələcək nəsillərə aşılanması, gənclərin Heydər Əliyev haqqında fikir və təfəkkürlərinin genişləndirilməsi, yeni nəslin vətənpərvərlik ruhunda formalaşması, eləcə də gənc zabitlərimizdə yazılı və şifahi nitq vərdişlərinin düzgün inkişafı işinə töhfə vermək məqsədilə keçirilən müsabiqədə final mərhələsinə yüksələn 6 kursantın essesi dinlənilib.

İlk olaraq Ümummilli lider Heydər Əliyev və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Ayrı-ayrılıqda kursantların çıxışından sonra 3 yer üzrə qaliblər müəyyənləşdirilib. İştirakçıların çıxışları münsiflər heyəti tərəfindən 10 ballıq sistemlə qiymətləndirilib. Nəticədə Davud Xasməmmədov birinci, Zəfər Abdullazadə ikinci və Elnur Babayev üçüncü yerə layiq görülüb. Qaliblər Polis Akademiyasının rəhbərliyi tərəfindən sertifikatlarla mükafatlandırılıblar.
 
 
 
 
 

Geriyə | Çap versiyası