xəbərlər
Məktəblilər “Açıq qapı” tədbirində
25.12.2024
25 dekabr 2024-cü il tarixdə Bakı şəhəri Binəqədi rayonu Əliağa Şıxlınski adına 135 nömrəli tam orta məktəbin şagirdləri və Oğuz rayonu üzrə DİN-in Polis Akademiyasında təhsil almaq arzusunda olan məktəblilər və onların valideynləri Akademiyada keçirilmiş “Açıq qapı” tədbirinin qonağı olmuşdur.
Şagirdlərə Akademiyada yaradılmış təhsil mühiti, o cümlədən tədris korpusları, kriminalistik təlim şəhərciyi, mühazirə zalları, elektron kitabxana, “İnformasiya təhlükəsizliyi” fakültəsinin ən müasir texniki avadanlıqlarla təchiz olunmuş elmi-tədqiqat laboratoriyası, təlim mərkəzi, auditoriyalar, kursant yeməkxanası, qapalı atıcılıq tiri və idman şəhərciyi ilə tanış olmuşlar.
Qonaqlara Polis Akademiyasının tarixi, kursantların maddi, sosial təminatları və akademiyada təhsilin üstünlükləri barədə geniş məlumatlar verilmiş, həmçinin, rəsmi saytda yerləşdirilmiş “Virtual Akademiya” platformasından istifadə edərək tədris müəssisəsi ilə tanış olmaq imkanı da onların nəzərlərinə çatdırılmışdır.
Məktəblilərə Polis Akademiyası barədə ətraflı məlumatlar yer alan lifletlər paylanılmış və xatirə şəkilləri çəkilmişdir.