xəbərlər
Gənclərin Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviq edilməsi ilə bağlı Bakı şəhərində silsilə tədbirlər davam etdirilir
10.01.2025
“Gənclərin Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviq edilməsinə dair Tədbirlər Planı”na uyğun olaraq, respublikamızın müxtəlif bölgələrində təbliğat-təşviqat xarakterli silsilə tədbirlər keçirilir. Davamlı şəkildə keçirilən tədbirlər çərçivəsində Bakı şəhərinin Binəqədi, Nərimanov, Nəsimi, Nizami, Qaradağ, Sabunçu, Səbail, Suraxanı, Xətai, Xəzər və Yasamal rayonlarının məktəblərində 9-11-ci sinif şagirdləri ilə Polis Akademiyasında təhsil almağın üstün cəhətləri barədə məlumatlandırıcı görüşlər keçirilib.
Görüşlərdə Akademiya əməkdaşları tərəfindən Polis Akademiyasının 100 illik şanlı tarixi, keçirilən təlim-tədris prosesi, təhsil aldığı müddət ərzində dövlət hesabına qidalanma, geyim, yataqxana və tədris resursları istifadə olunan müasir təhsil texnologiyaları, eləcə də daxili işlər orqanlarında xidmətin üstünlüyü, yeniyetmələrdə vətənpərvərlik hissinin daha da yüksəldilməsi istiqamətində maarifləndirici söhbətlər aparılıb.
Polis Akademiyasının əməkdaşları ilə yanaşı ərazi polis orqanlarının əməkdaşları da bu işə qoşulub. Akademiyada ali hüquq təhsili almağın üstünlükləri, eyni zamanda “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə də qəbul qaydaları barədə ətraflı məlumat verilib. Həmçinin şagirdlərə Akademiyanın fəaliyyətini özündə əks etdirən videoçarx nümayiş etdirilib və lifletlər paylanılıb.
Akademiyanın rəsmi saytında yerləşən “Virtual Akademiya” (https://pa.vr360.az/) platformasından istifadə edərək tədris müəssisəsi ilə tanış olmaq imkanı və rəsmi instagram (din.polisakademiyasi) və feysbuk (Polis Akademiyası) sosial şəbəkələri haqqında məlumat əməkdaşlar tərəfindən şagirdlərə çatdırılıb. Görüşlərin sonunda şagirdlərin sualları cavablandırılıb və xatirə şəkilləri çəkdirilib.