xəbərlər
Polis Akademiyasında payız imtahan sessiyası başladı
13.01.2025
DİN-in Polis Akademiyasında 2024/2025-ci tədris ilinin payız imtahan sessiyasına start verilmişdir. Təhsilalanların biliyinin qiymətləndirilməsində obyektivliyi və şəffaflığı təmin etmək, həmçinin imtahanlarda baş verə biləcək neqativ halların qarşısını almaq məqsədilə apellyasiya və fənn komissiyaları yaradılmışdır.
İmtahanlar təsdiq olunmuş cədvəl üzrə fənlərin xüsusiyyətlərinə müvafiq olaraq praktiki, yazılı, şifahi və test üsulu ilə keçirilir. İmtahanların gedişinə nəzarət müvafiq əmrlə təyin olunmuş nəzarətçi-koordinatorlar tərəfindən təmin olunur.
İmtahanlara hazırlığın səmərəli təşkili məqsədilə pedaqoji heyət tərəfindən kursantlarla əlavə məsləhət saatları keçirilməklə yanaşı, Akademiyanın kitabxanası gücləndirilmiş iş rejimində fəaliyyət göstərərək oxu zalları və elektron kitabxanada zəruri şərait yaradılır.