xəbərlər
Polis Akademiyasında “Açıq qapı” tədbirləri davam edir
15.01.2025
15 yanvar 2025-ci il tarixində Oğuz rayonu üzrə DİN-in Polis Akademiyasında təhsil almaq arzusunda olan məktəblilər və onların valideynləri Akademiyada keçirilmiş “Açıq qapı” tədbirinin qonağı olublar.
Qonaqlara Akademiyada yaradılmış təhsil mühiti, o cümlədən tədris korpusları, kriminalistik təlim şəhərciyi, mühazirə zalları, elektron kitabxana, “İnformasiya təhlükəsizliyi” fakültəsinin ən müasir texniki avadanlıqlarla təchiz olunmuş elmi-tədqiqat laboratoriyası, təlim mərkəzi, auditoriyalar, kursant yeməkxanası, qapalı atıcılıq tiri və idman şəhərciyi ilə tanış olublar.
Əməkdaşlar tərəfindən Polis Akademiyasının tarixi, kursantların maddi, sosial təminatları və Akademiyada təhsilin üstünlükləri barədə geniş məlumatlar verilib, həmçinin rəsmi saytda yerləşdirilmiş “Virtual Akademiya” platformasından istifadə edərək tədris müəssisəsi ilə tanış olmaq imkanı da qonaqların nəzərlərinə çatdırılıb.
Şagirdlərə Polis Akademiyası haqqında məlumatları özündə əks etdirən lifletlər paylanılıb, onları maraqlandıran suallar cavablandırılıb və xatirə şəkilləri çəkilib.