xəbərlər
Polis Akademiyası təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir
16.01.2025
Təbliğat-təşviqat işlərini uğurla davam etdirən Polis Akademiyası əməkdaşları Bakı şəhərinin müxtəlif rayonlarının məktəblərində 9-11-ci sinif şagirdləri ilə Polis Akademiyasında təhsil almağın üstün cəhətləri barədə məlumatlandırıcı görüşlər keçirir. Bu tədbirlərdə Akademiyanın əməkdaşları ilə yanaşı həmin məktəblərin məzunu olan, hazırda isə Polis Akademiyasında təhsil alan kursantlar da iştirak edirlər.
Keçirilən görüşlərdə kursantlar tərəfindən Akademiyanın şanlı tarixi, təlim-tədris prosesi, təhsil aldığı müddət ərzində dövlət hesabına qidalanma, geyim, yataqxana və tədris resursları istifadə olunan müasir təhsil texnologiyaları, eləcə də daxili işlər orqanlarında xidmətin üstünlüyü, yeniyetmələrdə vətənpərvərlik hissinin daha da yüksəldilməsi istiqamətində maarifləndirici söhbətlər aparılır.
Əməkdaşlar tərəfindən Akademiyada “Hüquqşünaslıq” ixtisası, eyni zamanda yeni fəaliyyətə başlayacaq “İnformasiya təhlükəsizliyi” ixtisasının üstünlükləri barədə ətraflı məlumatlar verilir.
Akademiyanın rəsmi saytında yerləşən “Virtual Akademiya” (https://pa.vr360.az/) platformasından istifadə edərək tədris müəssisəsi ilə tanış olmaq imkanı və rəsmi instagram (din.polisakademiyasi) və feysbuk (Polis Akademiyası) sosial şəbəkələri haqqında məlumat əməkdaşlar tərəfindən şagirdlərə çatdırılır. Görüşlərin sonunda şagirdlərin sualları cavablandırılır və xatirə şəkilləri çəkdirilir.