xəbərlər
Polis Akademiyasında birinci kursda təhsil alan kursantların valideynləri üçün açıq qapı tədbirlərinə start verildi
17.01.2025


Yeməkxanada valideynlər öz övladları ilə birlikdə nahar yeməyini ediblər. Ali təhsil müəssisəsində təhsil alan hər bir kursantın sağlam şəraitdə qidalanması və dincəlməsi üçün yaradılan şəraiti valideynlər özləri də müşahidə ediblər. Polis Akademiyasının idman meydançaları və zalları ilə tanış olan valideynlərin diqqətinə çatdırılıb ki, tədris ocağında kursantların fiziki cəhətdən sağlam ruhda tərbiyə olunmalarına xüsusi diqqət yetirilir.


Akademiya haqqında dolğun məlumat verən C.Daanov qeyd edib ki, burada hər bir kursantın yüksəkixtisaslı kadr kimi formalaşması, xidməti borca və anda sadiq qalması, öz üzərində işləməsi və peşəkarlığını artırması üçün hər cür şərait yaradılıb. Eyni zamanda valideynlər də Akademiyada yaradılmış şəraitə görə daxili işlər nazirliyinin və Polis Akademiyasının rəhbərliyinə öz təşəkkürlərini bildiriblər.







