xəbərlər
Polis Akademiyasında “Tütünçəkmənin zərərləri və yaranmış fəsadların aradan qaldırılması yolları” mövzusunda görüş keçirilib
22.01.2025
22 yanvar 2025-ci il tarixində Akademiyanın Şəxsi heyətlə iş üzrə şöbəsinin psixoloqu, polis mayoru Azər Hüseynov və Tibb-sanitariya hissəsinin rəisi, tibb xidməti polkovnik-leytenantı Əlinur Hüseynlinin “Tütünçəkmənin zərərləri və yaranmış fəsadların aradan qaldırılması yolları” mövzusu üzrə Polis Akademiyasının Hüquq fakültəsinin I kurs kursantları ilə maarifləndirici görüşü təşkil edilib. Kurs rəhbərliyi kursantların mənəvi-psixoloji hazırlığında bu tip tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb. Ə.Hüseynli gənclər arasında bir bəlaya çevrilmiş tütünçəkməyə aludəçiliyin yaranma səbəbləri, tütünçəkmənin insan orqanizmində törətdiyi fəsadlar, tütünçəkmədən imtina etmə yolları barədə ətraflı şəkildə danışıb və böyük marağa səbəb olan slaydlar nümayiş etdirib.
Azər Hüseynov öz çıxışında bildirib ki, dünya üzrə tütünün törətdiyi xəstəliklər nəticəsində hər il 6 milyondan artıq insan vəfat edir. Tütündən istifadə edən hər bir şəxsin təkcə özünü deyil ətrafdakı şəxsləridə zəhərlədiyi və onlarında passiv siqaret çəkən şəxslərə çevrildiyi, tütün tüstüsünün azyaşlı şəxslərin hələ inkişaf etməmiş orqanizmlərində ciddi fəsadlar yaratdığı qeyd edilib. Siqaretdən mütəmadi istifadə etmək beyin kütləsində zərərli maddədən (nikotin) asılı olan neyron kütləsinin həcminin artmasına səbəb olur ki, bu da hər ötən gün siqaretdən uzaqlaşmanı bir qədər də çətinləşdirir.
A.Hüseynov siqaretdən istifadənin üç mərhələsi olduğunu (epizodik, sistematik, xroniki) və 2 cür asılılıq (psixoloji və fizioloji) olmasını qeyd edərək epizodik mərhələdə siqaretdən uzaqlaşmağın daha asan olduğunu, siqaretin əslində bizim problemlərimizin həlli olmadığını, əksinə bizim özümüzlə üzləşməyimizə mane olduğunu, orqanizmi həm psixoloji, həm də fiziki olaraq zəhərlədiyini kursantların diqqətinə çatdırıb. Siqaretdən uzaqlaşmağın müxtəlif yolları, həmçinin sağlamlığın möhkəmlənməsinə yönəlmiş müsbət davranış (idman, gəzinti) formaları kursantlara öyrədilib. Görüşün sonunda mövzu ilə əlaqədar kursantların təklif və tövsiyələri dinlənilib, onları maraqlandıran bir sıra suallar cavablandırılaraq istiqamətlər verilib.