xəbərlər
Polis Akademiyasında professor-müəllim heyətinin peşəkarlıq səviyyəsinin artırılması üçün təlimlərə start verilib
23.01.2025
23 yanvar 2025-ci il tarixində Polis Akademiyasında tədris prosesində iştirak edən professor-müəllim heyəti ilə "Ali təhsil səviyyəsində fənn təlim nəticələrinin yazılması və reallaşdırılması” mövzusunda təlimə başlanılıb. Təlim Azərbaycan Dövlət Pedaqoji Universitetinin Keyfiyyətin təminatı şöbəsinin müdiri, fizika üzrə fəlsəfə doktoru, dosent Qalib Şərifovun iştirakı ilə keçirilib.
Təlimin sonunda iştirakçıların tədris etdikləri fənlər üzrə təlim nəticələrinin hazırlanması, fənnin təlim nəticələrinə uyğun sillabusların hazırlanması və qiymətləndirmənin həyata keçirilməsi kimi kompetensiyalara yiyələnmələri planlaşdırılıb. Növbəti mərhələlərdə təcrübəli mütəxəssislərin iştirakı ilə təlimlər davam etdiriləcəkdir.