xəbərlər

Polis Akademiyasına I kurs kursantlarının valideynlərinin səfərləri davam edir

25.01.2025

25 yanvar 2025-ci il tarixində I kurs kursantlarının bir qrup valideynləri Polis Akademiyasına səfər ediblər. Qonaqlar Akademiyada  yaradılmış təhsil mühiti, o cümlədən tədris korpusları, kriminalistik təlim şəhərciyi, mühazirə zalları, elektron kitabxana, “İnformasiya təhlükəsizliyi” fakültəsinin ən müasir texniki avadanlıqlarla təchiz olunmuş elmi-tədqiqat laboratoriyası, təlim mərkəzi, auditoriyalar, yataqxanalar, qapalı atıcılıq tiri və idman şəhərciyi ilə tanış olublar. Valideynlər ali təhsil müəssisəsində yaradılan şəraiti yaxından müşahidə ediblər. 

Daha sonra kursantlar və onların valideynlərinin Akademiyanın rəhbərliyi ilə görüşü keçirilib. Polis Akademiyasının rəisi, polis general-mayoru Canpolad Daanov qonaqlara Akademiyada yaradılan imkanlar, şərait, güzəştlər, nəzərdə tutulan işlər barədə danışıb, öz problemlərini çatdırmaları üçün şərait yaradıb və onları maraqlandıran sualları cavablandırıb.

Akademiya haqqında ətraflı məlumat verən C.Daanov qeyd edib ki, burada hər bir kursantın yüksəkixtisaslı kadr kimi formalaşması, xidməti borca və anda sadiq qalması, öz üzərində işləməsi və peşəkarlığını artırması üçün hər cür şərait yaradılıb. Eyni zamanda valideynlər də Akademiyada yaradılmış şəraitə görə öz təşəkkürlərini bildiriblər.
 
 
 
 
 
 
 

Geriyə | Çap versiyası