xəbərlər
Polis Akademiyasında professor-müəllim heyətinin peşəkarlıq səviyyəsinin artırılması üçün təlimlər davam edir
30.01.2025
30 yanvar 2025-ci il tarixində Polis Akademiyasında tədris prosesində iştirak edən professor-müəllim heyəti ilə "Ali təhsil səviyyəsində fənn təlim nəticələrinin yazılması və reallaşdırılması” təlim proqramına əsasən “Sillabusların hazırlanması, təlim nəticələrinin qiymətləndirmə meyarları ilə əlaqələndirilməsi, rubrikaların hazırlanması və tətbiqi” mövzularında təlim keçirilib. Təlimdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təlim-tədris mərkəzinin müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Xalidə Həmidova iştirak edib.
Təlim dərsində iştirakçılar tədris etdikləri fənnin təlim nəticələrinə uyğun sillabusların hazırlanması, təlim nəticələrinin qiymətləndirmə meyarları ilə əlaqələndirilməsi, peşə kompetensiyaları, rubrikaların hazırlanması və tətbiqi barədə fikir mübadiləsi aparıblar. Eyni zamanda müəllimlər qruplara bölünərək fənn təlim nəticələri üçün qiymətləndirmə meyarları və rubrikaların hazırlanması üzrə praktiki tapşırıqları icra ediblər.