xəbərlər

Polis Akademiyasında birinci kurs kursantlarının valideynləri üçün açıq qapı tədbirləri davam etdirilir

30.01.2025

 30 yanvar 2025-ci il tarixində I kurs kursantlarının bir qrup valideynləri təhsilalanların maddi, sosial təminatları və imtiyazları ilə  yaxından tanış olmaq məqsədilə Polis Akademiyasına ziyarət ediblər. Qonaqlar Akademiyada yaradılmış təhsil mühiti, o cümlədən tədris korpusları, kriminalistik təlim şəhərciyi, mühazirə zalları, elektron kitabxana, “İnformasiya təhlükəsizliyi” fakültəsinin ən müasir texniki avadanlıqlarla təchiz olunmuş elmi-tədqiqat laboratoriyası, təlim mərkəzi, auditoriyalar, yataqxanalar, qapalı atıcılıq tiri və idman şəhərciyi ilə tanış olublar.

Yeməkxanada valideynlər öz övladları ilə birlikdə nahar edərək burada təhsil alan kursantların sağlam şəraitdə qidalanması və dincəlməsi üçün yaradılan şəraiti müşahidə ediblər.

Daha sonra kursantlar və onların valideynlərinin Akademiyanın rəhbərliyi ilə görüşü keçirilib.  Polis Akademiyasının rəisi, polis general-mayoru Canpolad Daanov qonaqlara Akademiyada yaradılan imkanlar, şərait, güzəştlər, nəzərdə tutulan işlər barədə danışıb, öz problemlərini çatdırmaları üçün şərait yaradıb və onları maraqlandıran sualları cavablandırıb.

Akademiya haqqında dolğun məlumat verən C.Daanov qeyd edib ki, burada hər bir kursantın yüksəkixtisaslı kadr kimi formalaşması, xidməti borca və anda sadiq qalması, öz üzərində işləməsi və peşəkarlığını artırması üçün hər cür şərait yaradılıb. Eyni zamanda valideynlər də Akademiyada yaradılmış şəraitə görə öz təşəkkürlərini bildiriblər.
 
 
 
 
 
 
 
 
 

Geriyə | Çap versiyası