xəbərlər

I kurs kursantlarının valideynlərinin Polis Akademiyasına səfəri yekunlaşıb

01.02.2025

 01 fevral 2025-ci il tarixində I kurs kursantlarının valideynləri Polis Akademiyasına ziyarət ediblər. Qonaqlar Akademiyada yaradılmış təhsil mühiti, o cümlədən tədris korpusları, kriminalistik təlim şəhərciyi, mühazirə zalları, elektron kitabxana, “İnformasiya təhlükəsizliyi” fakültəsinin ən müasir texniki avadanlıqlarla təchiz olunmuş elmi-tədqiqat laboratoriyası, təlim mərkəzi, auditoriyalar, yataqxanalar, qapalı atıcılıq tiri və idman şəhərciyi ilə tanış olublar. Yeməkxanada valideynlər öz övladları ilə birlikdə nahar yeməyini ediblər.

Daha sonra kursantlar və onların valideynlərinin Akademiyanın rəhbərliyi ilə görüşü keçirilib. Qonaqlara Akademiyada yaradılan imkanlar, şərait, güzəştlər, nəzərdə tutulan işlər barədə məlumat verilib, öz problemlərini çatdırmaları üçün şərait yaradılıb və onları maraqlandıran suallar cavablandırılıb.
Valideynlər Polis Akademiyasında hər bir kursantın yüksəkixtisaslı kadr kimi formalaşması, xidməti borca və anda sadiq qalması, öz üzərində işləməsi və peşəkarlığını artırması üçün hər cür şəraitin olduğunu yaxından müşahidə ediblər. Eyni zamanda valideynlər Akademiyada yaradılmış şəraitə görə öz təşəkkürlərini bildiriblər.
 
 
 
 
 

Geriyə | Çap versiyası