xəbərlər
Polis Akademiyasının növbəti “Açıq qapı” tədbirinin qonağı Hədəf liseyi olub
05.03.2025
05 mart 2025-ci il tarixində DİN-in Polis Akademiyasında keçirilmiş növbəti “Açıq qapı” tədbirinin qonağı Hədəf liseyinin şagirdləri və müəllimləri olublar. Şagirdlərə Polis Akademiyasının tarixi, kursantların maddi, sosial təminatları və Akademiyada təhsilin üstünlükləri barədə geniş məlumatlar verilib, həmçinin rəsmi saytda yerləşdirilmiş “Virtual Akademiya” platformasından istifadə edərək tədris müəssisəsi ilə tanış olmaq imkanı da onların nəzərlərinə çatdırılıb.
Məktəblilər Akademiyada yaradılmış təhsil mühiti, o cümlədən tədris korpusları, kriminalistik təlim şəhərciyi, mühazirə zalları, elektron kitabxana, “İnformasiya təhlükəsizliyi” fakültəsinin ən müasir texniki avadanlıqlarla təchiz olunmuş elmi-tədqiqat laboratoriyası, təlim mərkəzi, auditoriyalar, qapalı atıcılıq tiri və idman şəhərciyi ilə tanış olublar.
Şagirdlərə Polis Akademiyası haqqında məlumatları özündə əks etdirən lifletlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb və xatirə şəkilləri çəkilib.