xəbərlər
Polis Akademiyası Kursant Hərbi Elmi Cəmiyyətinin 20-ci konfransında iştirak edib
05.03.2025
05 mart 2025-ci il tarixində Heydər Əliyev adına Hərbi İnstitutunun təşkilatçılığı ilə keçirilən Kursant Hərbi Elmi Cəmiyyətinin 20-ci konfransında Azərbaycan Respublikası DİN-in Polis Akademiyasının Hərbi kafedrasının müəllimi, polis kapitanı İbrahim Məmmədov və DİN-in Polis Akademiyasının 3-cü kurs kursantı Ağasıyev Aqil iştirak ediblər.
Konfransın birinci hissəsində “Kursant həyatı və təhsil” adlı videoçarx nümayiş etdirilib. Konfransın ikinci hissəsi bölmələr üzrə auditoriyalarda keçirilib. Polis Akademiyasının kursantı “Soyqırım cinayətinin nəzəri sosioloji aspektləri” mövzusunda çıxış edib.
Tədbirin sonunda Heydər Əliyev adına Hərbi İnstitutun rektoru, polkovnik Ümidvar Quliyev Kursant Hərbi Elmi Cəmiyyətinin 20-ci konfransında iştirak edənlərə öz təşəkkürünü bildirib.