xəbərlər
Polis Akademiyasında təcrübəli mütəxəssislərin iştirakı ilə keçirilən dərslər bu semestrdə də davam etdirilir
07.03.2025
28 fevral - 07 mart 2025-ci il tarixlərində Polis Akademiyasında nəzəriyyə ilə təcrübənin vəhdəti prinsipinə əsaslanaraq kursantlar arasında elmi yaradıcılığın müxtəlif formalarının təbliğ edilməsi, nəzəri biliklərinin möhkəmləndirilməsi və təcrübədə tətbiq etmə bacarığının inkişaf etdirilməsini təmin etmək məqsədilə Akademiyaya dəvət olunmuş təcrübəli mütəxəssislərin iştirakı ilə mühazirə dərsləri keçirilib.
Müxtəlif fənlər üzrə keçirilən interaktiv dərslərdə qonaq qismində iştirak edən DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin Post-patrul xidmətinin işinin təşkili idarəsinin rəisi “Polisin post-patrul xidmətinin təyinatı və işinin təşkili”, DİN-in Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin rəis müavini “Şəxsiyyət əleyhinə olan cinayətlər”, DİN-in Mətbuat Xidmətinin rəisi “Etik davranış kodeksində xidməti davranış ilə bağlı tələblər və media ilə münasibətlərin xüsusiyyətləri”, Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin rəisi “Axtarış, götürmə və tutma taktikası”, BDU-nun Sosiologiya kafedrasının müdiri, s.e.d, professor Rafael Həsənov “Şəxsiyyət sosial sistem kimi”, DİN-in BCAİ-nin Mülkiyyət əleyhinə cinayətlərlə mübarizə İdarəsinin rəisi “Oğurluq cinayətlərinin qarşısının alınması və açılması” mövzuları üzrə mühazirə dərslərində iştirak ediblər.
Mövzulara əsasən qonaqlar tərəfindən kursantlara cinayətlərin tövsifi zamanı praktikada yaranan problemlərlə bağlı, eləcə də təhqiqatçılar və müstəntiqlər tərəfindən yol verilən nöqsanlar, polisin post-patrul xidmətinin anlayışı, təyinatı, işinin təşkili, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsində rolu, polis əməkdaşlarının xidmətdən kənar fəaliyyətlərində davranış qaydaları, sosial media ilə bağlı münasibətləri, insanlarla ünsiyyəti, axtarış, götürmə və tutmanın anlayışı, vəzifəsi, növləri, həyata keçirilmə taktikası, keçirilmə mərhələləri, şəxsiyyətin sosial keyfiyyətli bir sistem kimi təhlili, oğurluq cinayətlərinin qarşısının alınması və açılması sahəsində görülən işlər barədə geniş məlumatlar verilib.
Mütəxəssislərin iştirakı ilə keçirilən mühazirə dərsləri kursantlar tərəfindən böyük maraqla qarşılanıb. Onları maraqlandıran suallar qonaqlar tərəfindən cavablandırılıb və mövzular ətrafında müzakirələr aparılıb.