xəbərlər
Olimpiya çempionu olmuş Hidayət Heydərov Polis Akademiyasında kursantlara nümunəvi təlim məşqi keçib
03.04.2025
03 aprel 2025-ci il tarixində kursantlar arasında Cüdo idman növünə marağın, eləcə də kursantlar arasında idman kütləviliyinin artırılması məqsədilə “Cüdo” idman növü üzrə Avropa, Dünya və 2024-ci ildə Paris şəhərində keçirilən Yay Olimpiya oyunlarının qalibi, həmçinin Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən “Şöhrət” ordeni ilə təltif olunmuş Hidayət Heydərov seminar məşğələsi keçməsi üçün Polis Akademiyasına dəvət olunub.
Tədbirə başlamazdan əvvəl polis Akademiyasının rəisi, polis general-mayoru Canpolad Daanov fəxri qonağı qəbul edərək onunla həmsöhbət olub və qarşıdan gələn Avropa çempionatında uğurlar arzulayıb.
Seminar prosesində H.Heydərov kursantlara fiziki yükləmə, atma və Olimpiya çempionatının uğura gedən yolunda tətbiq etdiyi fəndlərin təlimini keçib. Bundan əlavə sual-cavab edərək kursantların mənimsəmə qabiliyyətini yoxlayıb.
Çempionumuz seminarın sonunda qarşıdan gələn cüdo üzrə yarışlarda kursantlara uğurlar arzulayaraq onlarla xatirə şəkilləri çəkdirib.