xəbərlər

Polis Akademiyasının əməkdaşı Rusiya DİN-in Krasnodar Universitetinin təşəbbüsü ilə keçirilən beynəlxalq forumda videokonfrans formatında iştirak edib

07.04.2025

7 aprel 2025-ci il tarixində gənc elmi işçilərin hazırlanması üçün Rusiya Daxili İşlər Nazirliyinin Krasnodar Universitetinin təşəbbüsü ilə "Gənc elmi işçilərin günü" mövzusunda keçirilən beynəlxalq forumda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyasının Tədris-metodiki şöbəsinin əməkdaşı, polis leytenantı İranə Vahabova onlayn formatda iştirak edib.

İ.Vahabova "Kibertəhdidlər iqtisadi təhlükəsizliyin mənfi amili kimi" adlı məqalə ilə çıxış edib və verilən sualları cavablandırıb. Həmçinin forumda iqtisadi təhlükəsizliyə qəsdlər, ekstremizə və terrorizmə qarşı mübarizə, rəqəmsal cəmiyyət mövzularında müzakirələr edilib.

Ümumilikdə görüş işgüzar və səmərəli şəkildə baş tutub. Forumda iştirak edən qonaqlar beynəlxalq tədbirin keçirilməsini yüksək qiymətləndirərək bu əməkdaşlıqdan öz məmnunluqlarını bildiriblər.
 
 
 

Geriyə | Çap versiyası