xəbərlər

Bakı şəhəri Nərimanov rayonu məktəbliləri Polis Akademiyasında keçirilən “Açıq qapı” tədbirində iştirak edib

08.04.2025

8 aprel 2025-ci il tarixdə DİN-in Polis Akademiyasında keçirilmiş “Açıq qapı” tədbirinin qonağı Nərimanov rayonu Polis İdarəsinin Veteranlar şurasının sədri, ehtiyatda olan polis polkovniki Ramiz Məmmədov, sədr müavini, Polis Akademiyasının sabiq müəllimi ehtiyatda olan polis polkovniki Eyvaz Nurməmmədov və yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin baş inspektoru, polis mayoru Sabir Seyidovun müşaiyəti ilə Bakı şəhəri Nərimanov rayonunda yerləşən 82 və Alı Mustafayev adına 202 nömrəli tam orta məktəblərin şagirdləri olmuşdur.

Qonaqlar Akademiyada yaradılmış təhsil mühiti, o cümlədən tədris korpusları, kriminalistik şəhərciyi, mühazirə zalları, “Məhkəmə zalı”, “İnformasiya təhlükəsizliyi” fakültəsinin ən müasir texniki avadanlıqlarla təchiz olunmuş elmi-tədqiqat laboratoriyası, təlim mərkəzi, auditoriyalar, elektron kitabxana, kursant yeməkxanası, qapalı atıcılıq tiri və krossfit meydançası ilə tanış olmuşlar.

Polis Akademiyasının tarixi, kursantların maddi, sosial təminatları və akademiyada təhsilin üstünlükləri barədə geniş məlumatlar verilmiş, həmçinin, rəsmi saytda yerləşdirilmiş “Virtual Akademiya” platformasından istifadə edərək tədris müəssisəsi ilə tanış olmaq imkanı şagirdlərin nəzərlərinə çatdırılmış, xatirə şəkli çəkilmişdir.

 
 
 
 

Geriyə | Çap versiyası