xəbərlər

Polis Akademiyasında professor-müəllim heyətinin peşəkarlıq səviyyəsinin artırılması məqsədi ilə keçirilən təlim başa çatıb

12.04.2025

DİN-in Polis Akademiyasında "Ali təhsil səviyyəsində fənn təlim nəticələrinin yazılması və reallaşdırılması” təlim proqramına əsasən professor-müəllim heyətinin peşəkarlıq səviyyəsinin artırılması məqsədi ilə keçirilən təlim başa çatıb. Təlimdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təlim-tədris mərkəzinin müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Xalidə Həmidova iştirak edib.

Təlim müddətində iştirakçılar tədris etdikləri fənnin təlim nəticələrinə uyğun sillabusların hazırlanması, təlim nəticələrinin qiymətləndirmə meyarları ilə əlaqələndirilməsi, peşə kompetensiyaları, rubrikaların hazırlanması və tətbiqi barədə fikir mübadiləsi aparıblar. Eyni zamanda müəllimlər qruplara bölünərək təlim nəticələrinin əsasları, təlim nəticələrinin qiymətləndirmə ilə uyğunlaşdırılması, tədris strategiyaları və təlim nəticələrinin reallaşdırılması, təlim nəticələrinin təhlili və təkmilləşdirilməsi üzrə praktiki tapşırıqları icra ediblər. İştirakçılara tədris etdikləri fənnlər üzrə təlim nəticələrinin və ona uyğun işçi tədris proqramlarının hazırlanması mövzularında biliklər verilib və praktiki tapşırıqlar icra edilib.

Sonda təlim iştirakçıları hazırladığı fənn təlim nəticələrini və reallaşdırma planını təqdim ediblər. İnteraktiv müzakirə və qrup işləri formatında davam edən təlim uğurla yekunlaşıb.
 
 
 
 
 

Geriyə | Çap versiyası