xəbərlər

Polis Akademiyasında elektron tədris modullarının təqdimatı üzrə təlim keçirilib

16.04.2025

16 aprel 2025-ci il tarixində DİN-in Polis Akademiyasında tədris binalarının mühazirə zallarında quraşdırılan elektron tədris modullarının təqdimatı üzrə təlim keçirilib. Təqdimat prosesində DİN-in baş idarələrinin nümayəndələri tərəfindən “Əməliyyat məlumatları sisteminin növbətçi hissə modulu”, “Cinayət statistikası avtomatlaşdırıl¬mış informasiya sorğu sistemi” və “İnzibati xətaların qeydiyyatı sistemi” haqqında daimi və dəyişkən heyətə zəruri məlumatlar verilib.

Hər bir sistem üzrə polis orqanlarının gündəlik fəaliyyətində xidməti məlumatların rəsmiləşdirilməsi, hüquqpozmaların qeydiyyatı, eləcə də aparılan cinayət və inzibati-prosessual fəaliyyətin hesabatlılığının təmin edilməsi qaydaları əyani nümayiş etdirilib.

Yekunda DİN-in Polis Akademiyasının rəisi, polis general-mayoru Canpolad Daanov tərəfindən polisin xüsusi təhsilinin qarşısında duran vəzifələrin icrası üzrə prioritetlər və mövcud imkanların inkişaf etdirilməsi haqqında fikirlər səsləndirilib.

 
 
 
 
 

Geriyə | Çap versiyası