xəbərlər

Polis Akademiyasının şəxsi heyəti ilə «Böyük Vətən müharibəsində qələbənin 67-ci ildönümünə» həsr olunmuş geniş toplantı keçirildi

02.05.2012

 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Veteranlar Şurasının 2012-ci il üçün tədbirlər planının 3-cü bəndinə müvafiq olaraq «Respublikamızda sabitliyin qorunmasında vətənpərvərliyin rolu» və «Böyük Vətən müharibəsində qələbənin 67 illiyi» mövzusunda Polis 02.05.2012-ci il tarixdə DİN-in Veteranlar Şurasının sədri Ramiz Axundovun, həmin şuranın sədr müavini Maqbek Məhərrəmovun, DİO və 1941-1945-ci illər müharibəsinin veteranı Qüdrət Süleymanovun Polis Akademiyasının şəxsi heyəti ilə görüşü keçirilmişdir.
Görüşü DİN-in Polis Akademiyasının rəis müavini, polis polkovniki Mahir Əhmədov açaraq, II Dünya müharibəsinin tarixi, 9 may Qələbə gününün Azərbaycan Respublikasında məhz Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yenidən bayram kimi qeyd olunması barədə iştirakçılara məlumat çatdırmış və sözü qonaqlara vermişdir. DİO və 1941-1945-ci illər müharibəsinin veteranı Qüdrət Süleymanov keçdiyi odlu-alovlu müharibə yollarından, azərbaycanlıların həm ön, həm də arxa cəbhədə göstərdiyi şücaət və igidlikləri, eyni zamanda şərəfli veteran ömrü və DİO-da fəaliyyəti barədə geniş çıxış etmişdir. DİN-in Veteranlar Şurasının sədri Ramiz Axundov çıxışında Böyük Vətən müharibəsinin iştirakçısı olmuş Sovet İttifaqı Qəhrəmanlarından 3-ünün sonradan məhz DİO-da xidmətlərini davam etdirmələri, Veteranlar Şurasının fəaliyyəti, daxili işlər naziri, general-polkovnik cənab Ramil Usubovun həm müharibə, həm də DİO veteranlarına daima xüsusi qayğı göstərməsi barədə geniş məlumat verərək akademiya rəhbərliyinə xatirə kitabları və curnalları hədiyyə etmiş, iştirakçılara öz tövsiyələrini vermişdir.
Geriyə | Çap versiyası