xəbərlər
Polis Akademiyasında təcrübəli mütəxəssislərin iştirakı ilə interaktiv dərslər keçirilib
26.04.2025
15-25 aprel 2025-ci il tarixlərində Polis Akademiyasında nəzəriyyə ilə təcrübənin vəhdəti prinsipinə əsaslanaraq kursantlar arasında elmi yaradıcılığın müxtəlif formalarının təbliğ edilməsi, nəzəri biliklərinin möhkəmləndirilməsi və təcrübədə tətbiq etmə bacarığının inkişaf etdirilməsini təmin etmək məqsədilə Akademiyaya dəvət olunmuş təcrübəli mütəxəssislərin iştirakı ilə mühazirə dərsləri keçirilib.
Müxtəlif fənlər üzrə keçirilən interaktiv dərslərdə qonaq qismində iştirak edən Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin Sosial iş kafedrasının dosenti Rəna Məmmədova “Ailənin və mənəvi həyatın sosiologiyası”, Azərbaycan Dövlət İqtisad Universitetinin Xarici dillər departamentinin direktoru, dosent Aysel Xəlilova “Gündəlik ünsiyyət üçün əsas danışıq bacarıqları”, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi “Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin qarşısının alınması və açılması”, Jurnalist, siyasi elmlər üzrə fəlsəfə doktoru, İradə İsak “Nitq Polisin nüfuzudur!”, DİN-in Kinercinayətkarlıqla Mübarizə Baş İdarəsinin Ödəmə Sistemlərində Talamalara Qarşı Mübarizə şöbəsinin rəis müavini "Kibercinayətkarlıq haqqında Konvensiya", DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin İcazə sistemi bölməsinin rəisi “Polis orqanları tərəfindən icazə sisteminə nəzarətin həyata keçirilməsi” mövzuları üzrə mühazirə dərslərində iştirak ediblər.
Mövzulara əsasən qonaqlar tərəfindən kursantlara Azərbaycan cəmiyyətində milli-mənəvi dəyərlərin qorunmasında ailənin əhəmiyyəti, ictimai münasibətlərin tənzimlənməsində elmin, təhsilin, mədəniyyətin və dinin rolu, ingilis dilinin mənimsənilməsində müasir dövrün tələblərinə cavab veren innovativ yanaşmalar və xarici dilin tədrisinin müxtəlif aspektləri, narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərin xarakteristikası, narkotiklərin onlayn ticarətinə qarşı mübarizənin təşkili, vətəndaşlarla münasibətdə polis əməkdaşlarının nitqi, kibercinayətkarlıq anlayışı, onun qlobal-ictimai təhlükəliliyi, polis orqanları tərəfindən icazə sisteminə nəzarətin həyata keçirilməsi barədə geniş məlumatlar verilib.
Mütəxəssislərin iştirakı ilə keçirilən mühazirə dərsləri kursantlar tərəfindən böyük maraqla qarşılanıb. Onları maraqlandıran suallar qonaqlar tərəfindən cavablandırılıb və mövzular ətrafında müzakirələr aparılıb.