xəbərlər
Polis Akademiyasında “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş intellektual bilik yarışı keçirilib
25.04.2025
25 aprel 2025-ci il tarixində Polis Akademiyasında Dövlət və hüquq nəzəriyyəsi kafedrasının təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr edilən intellektual bilik yarışı keçirilib. Yarışda “Hüquq” fakültəsinin I kurs kursantlarından ibarət 5 komanda (“Dəmir yumruq”, “Vətən”, “Mübarizlər”, “Odlar yurdu”, “Qarabağ”) iştirak edib.
İlk olaraq Ulu öndər Heydər Əliyev və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Daha sonra Polis akademiyası rəisinin birinci müavini, polis polkovniki Vüqar Mansurov tədbiri giriş sözü ilə açaraq 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” kimi elan edilməsinin xüsusi əhəmiyyətini qeyd edib və komandalara uğurlar arzulayıb. Münsiflər heyəti və komandaların tərkibi elan edildikdən sonra “Dövlət suverenliyimizin bərpası tarixi zəfərimizin zirvəsidir” adlı qısa video-rolik nümayiş etdirilib.
Dörd mərhələdən ibarət olan yarışda komandalar müəyyən olunmuş vaxt ərzində verilən sualları cavablandırıblar. Verilən cavablar Akademiyanın müəllimlərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib. Yekun nəticələrə görə “Dəmir yumruq” komandası I yerə layiq görülüb. Qalib komandanın üzvlərinə kubok və hədiyyələr təqdim olunub.