xəbərlər
Polis Akademiyasının növbəti qonağı Azərbaycan Dillər Universitetinin Azərbaycan dilçiliyi kafedrasının professoru Adil Babayev olub
30.04.2025
29 aprel 2025-ci il tarixində “Nitq mədəniyyəti” mövzusunda çıxışı ilə Polis Akademiyasının növbəti qonağı Azərbaycan Dillər Universitetinin Azərbaycan dilçiliyi kafedrasının professoru, filologiya üzrə elmlər doktoru Adil Babayev olub. Qeyd olunan görüşdə birinci kurs kursantları ilə yanaşı Polis Akademiyasının Dil hazırlığı kafedrasının müəllimləri də iştirak ediblər.
A.Babayev Polis Akademiyasında keçirdiyi təlimdə kursantlara nitq mədəniyyətinin və sərbəst fikir ifadə etmək bacarıqlarının formalaşdırılması, hüquq-mühafizə orqanlarının əməkdaşlarının vətəndaşlarla ünsiyyətdə istifadə etdiyi ədəbi, etik və peşəkar danışıq qaydaları, polisin nitq mədəniyyəti, vətəndaşla olan etibarlı münasibətlərin qurulması və hüquq-mühafizə orqanlarına olan inamın möhkəmləndirilməsindən bəhs edib.
Yekunda kursantların mövzuya dair sualları cavablandırılıb, xatirə şəkli çəkilib.